Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın fələstinliləri köçürmək istəyi - Yəhudilərin Madaqaskara sürgün planı təkrar olunur?..

Bəs ABŞ, İsrail və Körfəz ölkələrinin idarə etdiyi bu cinayətə sözdə insan hüquqlarını müdafiə edən digər dövlətlər və təşkilatlar nə deyəcəklər?

Heyrəddin Qaraman,
“Yeni Şafak” qəzeti, Türkiyə, 12 aprel 2019-cu il

Ərəb Baharını qışa çevirmək üçün hər şeyindən keçən Körfəz ölkələri və Səudiyyə, İsrail və ABŞ-ın kölgəsində nəyə xidmət etdiklərini ya bilmirlər ya da böyük ehtimalla, iyrənc ehtirasları əxlaqlarını üstələyib. Yəqin ki, son günlərdə Sudan, Əlcəzair və Liviyada yüksələn hərəkatların arxasında da bunlar var.

İsrail bir zamanlar məruz qaldığı zülmü və soyqırımı davamlı şəkildə canlı tutaraq Qərb mediasını arxasınca aparmağı bacarıb və antisemitizmin qərar və qanunları ilə də ağızlara kilid vurub. Alçaq mənfəətlərinə həris olan sionist siyasətçilərlə fanatik sionist dindarların etdiyi ortaqlığın əvəzini ən ağır şəkildə alanlar fələstinlilər və Yaxın Şərqdir. Həmçinin, sionist hərəkat keçmişdən ibrət alıb, zülm çəkmiş bir xalq olaraq başqalarına da zülm etməkdən çəkinmirlər.

Bu sətirləri yazmağıma və Madaqaskar planını xatırlatmağıma səbəb olan xəbər budur.

ABŞ Prezidenti Tramp bir yəhudi təşkilatında verdiyi açıqlamada belə deyib:

ABŞ və İsrail fələstinliləri torpaqlarından çıxarıb Sinaya yerləşdirmək, orada Fələstin dövləti qurmalarına şərait yaratmaq və Fələstini bütünlüklə İsrailə vermək üçün razılaşıb Sisidən Sinayı almaq üçün cəhd ediblər. Misirdən Qəzzə ilə Sinay arasındakı sərhəddi açmasını istəyəcəyik. Böyük hissəsini Körfəz ölkələri verməklə, digər ölkələrdən də bu məqsədlə 800 milyard dollar tələb edirik. ABŞ isə bu qiymətə maddi vəsait əlavə etməyəcək”.

Bəs ABŞ, İsrail və Körfəz ölkələrinin idarə etdiyi bu cinayətə sözdə insan hüquqlarını müdafiə edən digər dövlətlər və təşkilatlar nə deyəcəklər?

Əgər İslam dünyası adlanan, amma adı var, özü yox olan bu dünya ayağa qalxmasa və bədəl ödəməsə, digərləri bir neçə bəzəkli söz deyib, sonra işin üstünə yatarlar. Həmişə belə olmur ki?

Bu təşəbbüs mənə Madaqaskar planını xatırladır. İnşallah bu da onun kimi uğursuz olar.

Nə idi o plan?

Avropa yəhudilərinin əsrlərdir yaşadıqları torpaqlardan sürgün edilib Afrikaya göndərilmələri fikri 1940-cı illərdə nasistlərin kəşf etdiyi bir ideya deyildi. Madaqaskar fikri ilk dəfə 1885-ci ildə fransız akademik Pol de Laqard tərəfindən ortaya atılıb. 1904-1905-ci illərdə Qərbi Avropa yəhudilərinin Uqandaya yerləşdirilməsi ideyası sionist konqresində böyük müzakirələrə səbəb olub. Uqanda planı konqresdə uzun müddət davam edən müzakirələrdən sonra qeyri-işlək adlandırılaraq qəbul olunmayıb. 20-ci əsr boyunca yəhudilərə qarşı bir araşdırma adəti də Fələstindən başqa, 1940-cı illərə qədər aralarında britaniyalı antisemit Henri Hemilton Bernişin də olduğu bir neçə nəfər tərəfindən davam etdirilib.

1937-də Polşa hökuməti Madaqaskar planını yenidən ortaya atdıqda bir komissiya qurmuşdu. Bu komissiya adanın ən çoxu 5000 ailəni saxlaya biləcəyini bildirərək plandan imtina etmişdi. 1940-cı ildə nasist Almaniyasında Madaqaskar planı yenidən gündəmə gəlmişdi. Yəni yəhudilərin davamlı olaraq Madaqaskara sürgün edilməsi təsadüfi deyildi. Hər şeydən əvvəl Avropadan xeyli uzaq idi. Həmçinin, az məhsuldar olan torpaqların və yeraltı zənginliyin az olduğu yerdir. Bu səbəbdən, avropalılar bu ada ilə bağlı işlərinə yarayacaq heç bir şey tapa bilmədikləri üçün bu adanı “yəhudi problemi”ni həll edəcək bir yer kimi görürdülər.

Ayhmanın bu planı 3 iyul 1940-cı ildə təqdim etməsinin “məqbul” səbəbləri var idi: Nasistlər Fransanı işğal etmək üzrə idi və Madaqaskar adası həmin vaxtı Fransaya bağlı idi. Ayxman da Madaqaskar adası ilə bağlı maddəni təqdimat razılaşmasının içinə qatmaq istəyib. Adolf Ayhman bu planı çoxşaxəli olaraq hazırlamışdı. Yəhudiləri adaya nəql etmək üçün Britaniyaya aid olan və Almaniyanın Britaniyanı fəth etməsindən sonra müsadirə edəcəyi, dünyanın ən böyük dəniz donanması ilə etməyi planlamışdı. Əməliyyatı maliyyələşdirmək üçün isə yəhudilərin müsadirə ediləcək mülkiyyətindən istifadə etməyi planlaşdırmışdı.

Madaqaskarda qurulması istənən sistem çox daha böyük bir gettonu xatırladırdı. Adada yəhudilər öz-özlərini idarə edəcək, lakin xariclə heç bir əlaqələri olmayacaqdı. Ona görə də, həmin ada yəhudilərin Amerikadakı həmyerlilərinin problem çıxarmamaları üçün əsir tutulduğu, SS-lərin (Mühafizə Dəstələrinin) nəzarətindəki böyük bir polis dövləti halına gələcəkdi. Plan almanların, İngiltərə Krallığının Hava Qüvvələrinin qalib gələ bilmədikləri 1940-dakı Britaniya müharibəsindən sonra daşınma üçün donanma tapılmadığına görə arxivə daşındı. 1942-də Madaqaskarın ingilislər tərəfindən işğal edilməsindən sonra isə ləğv edildi.

Bu gün qurulan xain planın önündəki maneə daşınma məsələsi ola bilməz. Çünki gediləcək yer sərhəddən azacıq kənardadır. Bu və bunun kimi planların qarşısını alacaq qüvvə İslamın hakim olduqları ölkələrin və xüsusilə, müsəlman xalqlarının əlindədir. BMT-də verilən yüzlərlə qərar tətbiq olunmalı, İsrail işğal etdiyi torpaqlardan geri çəkilməli, Qüds Fələstinin paytaxtı olmalıdır. Bu müqəddəs torpaqlar müsəlmanların əlində olduğu müddətcə keçmişdə olduğu kimi, bu gün də bütün din mənsubları ziyarətlərini və ibadətlərini rahat şəkildə həyata keçirə biləcəklər. İsrailin əlində olduğu müddətcə nələr baş verəcəyi isə artıq bir gündən bəllidir.

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar