Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Merkel Poroşenkonun yanında “Şimal axını-2”ni müdafiə etdi

Almaniya və Ukraynanın “Şimal axını-2” layihəsinə münasibətdə sərgilədikləri fərqli mövqelərin iki ölkə arasındakı strateji tərəfdaşlığa təsiri yoxdur

Bu barədə Almaniya kansleri Angela Merkel Berlində Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşdən sonra keçirdikləri birgə mətbuat konfransında bəyan edib.

“Bu işdə bizim ümumi məqsədimiz ondan ibarətdir ki, Ukrayna qaz tranziti ölkəsi olaraq qalsın. Ona görə də biz təklif etdik ki, danışıqlar təkcə Rusiya və Ukrayna arasında yox, həm də Avropa İttifaqının iştirakı ilə aparılsın. Bu, davam edəcək. Mən Rusiya prezidentinə də həmişə demişəm ki, “Şimal axını-2” layihəsi mənim üçün Ukraynanın tranzit ölkə olaraq qalacağı anlamına gəlir. Bu layihəyə dair Ukrayna ilə fərqli mövqelərimizin olmasına rəğmən bizim strateji tərəfdaşlığımız sarsılmayacaq, çünki ümumi mövqelərimiz çoxdur” – Merkel vurğulayıb.

Xatırladaq ki, 1220 kilometr uzunluğundakı “Şimal axını-2” qaz boru kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql etmək gücünə malik olacaq. Rusiyanın enerji nəhəngi “Qazprom” bəyan edib ki, “Şimal axını-2” layihəsi 2019-cu ilin sonunadək başa çatdırılacaq. Bu layihə indiyədək Rusiya qazının Avropaya ötürülməsində başlıca rol oynayan Ukraynanın tranzit ölkə kimi əhəmiyyətinə ciddi zərbə vuracaq.

Ukrayna ilə yanaşı, Baltikyanı ölkələr və Polşa da “Şimal axını-2” qaz boru kəmərinin tikintisinə qarşı çıxırlar. Onlar hesab edirlər ki, “Şimal axını-2” iqtisadi layihə deyil və Avropanın bütövlüyünə zərbə vurmağa hesablanıb. ABŞ da Almaniyanın Rusiya ilə "Şimal axını-2" qaz razılaşmasını imzalamasına qəti etiraz edir və iddia edir ki, bununla Avropanın Rusiyadan qaz asılılığını daha da artacaq. Vaşinqton ehtiyat edir ki, "Şimal axını-2" qaz kəmərinin təhlükəsizliyini bəhanə edərək, Moskva gələcəkdə Baltik dənizindəki hərbi mövcudluğunu gücləndirəcək. (azvision.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar