Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaqarinin əvəzinə dünya onu tanıyacaqdı – adi bir səhv, faciə və Yuriyə qismət olan şöhrət...

“0” saylı kosmonavt öz karyerasını uçuşdan əvvəl başa vurub...

12 aprel Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür. 1961-ci ilin aprelin 12-də SSRİ vətəndaşı Yuri Qaqarin bəşər tarixində ilk dəfə kosmosa uçub. Kosmonavtın uçuşu 108 dəqiqə davam edib. Qaqarin bununla kosmosun fəthi erasının əsasını qoyub.

Kosmosun ilk dəfə fəth edilməsində SSRİ-nin adını dünyada birinciliyə gətirən Yuri Qaqarin uçuşa son dəqiqələr qalmışa qədər məhz bu səfərə onun seçiləcəyini özü də bilməyib. Namizədlərin sayı əvvəlcə 20, sonra isə 6 nəfər olub. Kimin kosmosa uçacağı isə tam məxfi saxlanılıb.

Həmin illərin araşdırmaçılarının təhlilinə və uzun illər gizli saxlanılmış bir hadisəyə görə kosmosa ilk uçuşu ilə adını tarixə yazan Yuri Qaqarinin yerinə başqa bir kosmonavtın – Vitali Bondarenkonun bu ilkə imza atması ehtimalı böyük imiş.

Əslində kosmosa uçuş əvvəlcədən konkret olaraq məhz aprelin 12-nə planlaşdırılmayıb. Xüsusi orqanlar 1961-ci ilin aprel ayının sonunda Amerikada kosmosa uçuşun baş tutacağı haqqında SSRİ rəhbərliyinə məlumat verəndə, amerikalıları qabaqlamaq üçün SSRİ tərəfi işləri sürətləndirib.

6 nəfər namizədin son təlim məşqlərinin tarixi qabağa çəkilib.

Bu namizədlrdən biri də 24 yaşlı Vitali Bondarenko olub. Uçuş mərkəzinin əməkdaşlarının həm yazılı rəylərinə, həm də ümumi qənaətlərinə görə Bondarenkonun tibbi-bioloji və fiziki göstəriciləri uçuşa zərgər dəqiqliyi ilə uyğun gəlib.

Bondarenko sonuncu 10 sutkalıq testinə 1961-ci il martın 13-də göndərilib. Havasının təzyiqi aşağı, oksigenin isə iki dəfə çox olduğu xüsusi kamerada Bondarenko təyin olunmuş 10 sutkanı uğurla başa vurub. Martın 23-də testin sona çatması ilə bağlı kameraya informasiya göndərilib. Bondarenko bədəninə yapışdırılmış kiçik tibbi cihazları çıxarmağa başlayıb. Cihazların yapışdırıldığı yerlərin şişkinliyini aradan götürmək üçün Bondarenko spirtlə isladılmış pambıqla bədənini masaj edib. İstifadə olunmuş spirtli pambığı zibil qutusuna atmaq istəyərkən pambıq elektrik qızdırıcısının üzərinə düşüb və oksigenin normadan iki dəfə artıq olduğu kameranı alov bürüyüb.

Yanğın baş verən kameranın qapısını dərhal açmaq mümkün olmayıb. Yanğın nəticəsində ərinti və zədələrə məruz qalan qapı xüsusi alətlərlə açılıb. Kameranın qapısı açıldıqdan sonra Bondarenko hələ sağ imiş. Onun ətrafdakılara ilk sözü “bu mənim günahımdır, heç kimi günahlandırmayın” olub.

Səkkiz saat ərzində həkimlər Bondarekonu xilas etməyə çalışıblar. Ancaq bütün cəhdlər mənasız olub.

Bəlkə də Vitali Bondarenko böyük faciəyə səbəb olan bu kiçik ehtiyatsızlığa yol verməsəydi sonuncu seçim turunda ən gənc namizəd kimi fərqlənərək göyləri fəth edən ilk adam olacaqdı.

Baş verən hadisə tam məxfi saxlanılıb. Bondarenkoya verilən “Qızıl Ulduz” ordeni haqqında da mətbuatda heç bir məlumat əks olunmayıb. Ona ölümündən sonra kosmonavt statusu verilib. Bu statusa görə ailəsi dövlət təminatına götürülüb, 3 yaşlı oğlu 16 yaşına qədər hər ay 100 rubl pul alıb və ailə ikiotaqlı mənzillə təmin edilib.

Vitali Bondarenko doğulduğu Xarkov şəhərində 10 saylı qəbirstanlıqda dəfn edilib.

Bondarenkonun həlak olması ilə bağlı ilk məlumat yalnız 1980-ci ildə qərb mətbuatında işıqlandırılıb. SSRİ-də isə bu hadisə 1986-cı ildə mətbuata yol tapıb.

Qeyd edək ki, Vitali Bondarenko 1937-ci ildə Xarkovda anadan olub. Atası Xarkov xəz fabrikində sex rəisi işləyib, 1941-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. Bondarenko anası ilə birgə almanlar tərəfindən işğal olunmuş Xarkovda ağır günlər yaşayıblar. Orta təhsilini başa vurduqdan sonra Bondarenko Armavir Ali Hərbi Məktəbində təhsil alıb. Pribaltika Hərbi Dairəsinin hərbi hava qüvvələrində xidmət edib. 1960-cı ildə kosmosa uşuçla bağlı seçimlərdə fərqlənərək sovet kosmonavtlarının birinci dəstəsinə qəbul edilib.

Vitali Bondarenko kosmonavtların hazırlıq mərkəzində çalışan Anna ilə ailə həyatı qurub. Çütlüyün bir oğlu dünyaya gəlib. Aleksandr Bondarenko atasının yolunu davam etdirərək hərbi təyyarəçi ixtisasına yiyələnib.

Xarkovda fəaliyyət göstərən, Bondarenkonun məzunu olduğu 93 saylı məktəb “0” nömrəli kosmonavtın adını daşıyır.(musavat.com)

pia.az

 


Etiket: Yuri Qaqarin

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar