Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğanın Moskva zirvəsi və ABŞ-ın Yeni Orta Şərq paktı

“Bədəvilər”in Orta Şərq Paktına qarşı Ərəb-Türk-İran-Rus Paktı qalxan olmalıdır...

Mehmet Yuva,
“Aydınlık” qəzeti, Türkiyə, 11 aprel 2019-cu il

Yeni bir Moskva zirvə görüşü keçirilib. Yerli seçkilər və İstanbul problemi zirvəni sağlam düşüncə ilə izləmək və medianın gündəminə daha effektiv təsir etməyə imkan verməyib. Ən əsası, biz sandıqdan hansı namizədin çıkacağını gözləyərkən, Səudiyyə Ərəbistanının paytaxtı Riyadda Türkiyə və regionla yaxından əlaqəsi olan xəbərlər də çıxıb. Bu əsnada mediamızda əksəriyyətin görməzliyə vurduğu məsələni - Rusiyanın Suriyadakı Uzlaşdırma Mərkəzi Rəhbəri General-mayor Viktor Kupçişin “Fransa və Belçika kəşfiyyatının İdlibdə yeni bir kimyəvi hücum təxribatı” ilə bağlı xəbərdarlığını diqqətə almalıyıq. Lakin, xüsusilə ABŞ liderliyində Riyadda həyata keçirilən “Strateji Orta Şərq Paktı”nın elan edilməsi Moskva zirvəsinə cavab mahiyyəti daşıdığını və bu məsələnin xalqımızın diqqətindən qaçmamalı olduğunu vurğulamalıyam.

Milli azadlıq və zənginlik şərtləri

Moskva zirvəsində önə çıxan 3 əsas məsələ var: Türk-rus ortalıqlığı, S-400 müdafiə sistemi və Suriya məsələsi. Zirvə görüşü türk-rus ortaqlığının ticarət, turizm və enerji sahəsində davam edəcəyi siqnalını verib. Bütün təzyiq və təhdidlərə baxmayaraq, bu sahədəki ikili münasibətlərin daimi olacağı dəqiqdir. İki ölkənin də ticarəti milli valyutaları ilə aparmaq istəməsi doğru bir qərardır. Bunu reallıqlaşdırmaq mümkündür, amma asan deyil.

Bunu həyata keçirmək üçün ən vacib olan şey yerli və milli istehsal ilə hərbi ortaqlıqdır. Hər iki ölkənin hərbi ortaqlıq etməsini NATO üzvü olan və təhlükəsizlik siyasətlərini illərdir Qərbin təhlükəsizlik sistemi əsasında qurmuş Türkiyənin iradəsi və qərarı müəyyənləşdirəcək. Bu iradə və qərar ancaq milli iqtisadi azadlıq və zənginlik təmin olunduğu təqdirdə mümkün olacaq.

Türkiyənin müqaviməti, səmimiyyəti önəmlidir

Zirvə görüşündə Türkiyə bir daha göstədi ki, S-400 və “Akkuyu” Atom Elektrik Stansiyası məsələsində ciddi və qərarlıdır. Bu mövqeyindəki müqaviməti və səmimiyyətinə görə Türkiyə bir çox hücumlara məruz qala bilər. Çünki bu hücumlar açıq şəkildə diktə edilir və Türkiyəyə qarşı sanksiya proqramları hazırlanır.

Qərb dünyası bir tərəfdən Türkiyə bucağının dəyişməsi ilə, digər tərəfdən isə taraz vəziyyətdə, güçlü bir iqtisadiyyata və azad siyasətə sahib olması ilə razılaşa bilmir. Koreya nümunəsində olduğu kimi əmr altında savaşan bir ordu və istehsal edən cəmiyyət yox, ancaq istehlak edən bir cəmiyyət arzu edirlər. Lakin artıq Pandoranın qutusu açılıb və əgər ABŞ və İsrailin planlarını aşmaq mümkün olarsa, Qərblə olan münasibətlərin hələ də eyni qalması artıq məqbul deyil.

Zirvə görüşündə əsas gündəm məsələsi olan Suriya problemində Rusiya gücü İdlib məsələsinə verib və burada mövcud olan terror təşkilatlarının tamamilə təmizlənməli olduğunu vurğulayıb. Görünür, Moskva ABŞ işgalı altında olan Əl-Cəzayiri, yəni Fıratın şərqini təhkim etmiş PYD/YPG-nin təsirsiz hala gətirilməsi məsələsini Türkiyə və Suriya qüvvələrinin məsuliyyətinə buraxıb. Buna görə də, bu məsələyə işarə etməyib.

Moskva zirvə görüşündə İdlib üçün proqrama alınan yeni təxribatlar nəzərə çarpmışdır. Suriya Uzlaşma Mərkəzi Rəhbəri general-mayor Viktor Kupçişin Fransa və Belçika kəşfiyyatına mənsub şəxslərin İdlibdə terror təşkilatı üzvləri ilə görüşdüyünü iddia edib. Bu görüşlər əsnasında İdlibdə ola biləcək bir Rusiya-Suriya əməliyyatında kimyəvi silahla bağlı yalanların yenidən səhnəyə qoyulacağını bildirib.

Ərəb mediasında yer alan bu iddiaya görə, Rusiya hərbi kəşfiyyat qaynaqlarının əlində görüntülər və konkret məlumatlar var. Bu kəşkiyyatçılar İdlibə necə girdilər? Kimyəvi hücumda istifadə olunacaq ləvazimatları haradan əldə etdilər? Hansı təşkilatların nümayəndələri ilə görüşdülər? Ankara bu məlumatları Moskvadan tələb etməlidir.

Həmçinin, Türkiyə kəşfiyyatının mövzu haqqında bilgisi yoxdursa, deməli vəziyyət gərgindir və bu, sərhədlərimizlə sərhəd ərazilərimizin havada qaldığını göstərir. Fransız və belçikalı kəşkiyyatçıların daşınmasında kripto ünsürlər və ya yaxud da Türkiyə ilə ortaqlıq edən təşkilatların rolu olub olmadığı araşdırılmalıdır.

Dəqiqliklə hədəflənib...

Buna uyğun olaraq İdlibdə əməliyyat başlayan kimi sivil xalqa qarşı kimyəvi silahdan istifadə ediləcək və Rusiya ilə Suriya hədəf alınacaq. Qərblə dindar və əliboş Türkiyə mediası böyük bir səs-küy qoparacaq. Məqsəd Türkiyə üzərində təzyiq yaradaraq Türkiyəni İdlib məsələsində sıxışdırmaq və “Türkiyə İdlibdəki sivil xalqı və təşkilatları satdı”, deyərək Ankaranı pis vəziyyətdə qoyacaqlar.

Məqsəd arzuolunan Türkiyəni Rusiya ilə üz-üzə gətirməkdən əlavə, terror təşkilatlarından Türkiyəyə qarşı istifadə etmək və ölkə içində yeni bir terror dalğası yaratmaqdır, mövcud krizisi terror ilə bəsləməkdir və Türkiyənin Suriyanın şimalına edəcəyi müdaxilənin qarşısını almaqdır.

Dəməşqə mesaj

Bu səbəbdən, İdlibdə kimyəvi təxribat ehtimalına görə Türkiyənin Fıratın şərqinə edəcəyi əməliyyatı daha yaxın bir tarixdə həyata keçirməsi ehtimalı yarana bilər. Ərdoğanın “Suriya rejimi İdlibdə üzərinə düşən vəzifəni yerinə yetirib” ifadəsi çox mənalıdır. Dəməşqin bunu doğru şəkildə anlaması ilə bağlı və həmçinin, Türkiyənin Suriyanın şimalına edəcəyi əməliyyat dəqiqləşənə qədər İdlibdə planı pozacaq həmlələrdən qaçdığına dair güclü işarələr var.

Hədəf təkcə İran deyil

Bunlar baş verərkən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ-ın liderlik etdiyi önəmli bir toplantı keçirilib. Bazar ertəsi Riyadda keçirilən toplantıda ABŞ, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Küveyt, Oman Sultanlığı, İordaniya və Qətərdən yüksək səviyyəli şəxslər iştirak edib. İştirakçılarla bağlı heç bir məlumat verilməyib. “Anadolu” Agentliyinin xəbərinə görə, toplantı dəyərləndirilərkən regionda və dünyada təhlükəsizliyin gücləndirilməsini hədəfləyən bir paktın qurulması yönündə atılan bir addım olduğu bildirilib.

Ərəb dünyasında “Ərəb NATO-su” kimi tanınan bu strateji birliyin 2017-nin avqustunda Riyadda keçirilən Ərəbistan-ABŞ zirvəsinin nəticələrindən biri olduğu ifadə edilib. Qeyd edək ki, bir hədəfin İran olduğu təxmin edilsə də, digər əsas hədəflər də Türkiyə, Suriya və Yəməndir.

Qətər də iştirak edir

Əvvəllər Ərdoğan hökümətinin yer aldığı, əlaqələrini qopardığı şəxslərlə neft-dollar manyaklarının həyata keçirəcəyi “Sünni Paktı” orduları üçün təmtəraqlı toplantılar təşkil olunub. 50-ci illərdə kommunizmlə mübarizə adı altında Bağdad Paktı olaraq bilinən CENTO-lar qurulmuşdu. Hədəfdəki ölkə isə hər zaman Türkiyə idi. İndi də təriqətçi sözlər çox da işə yaramadığından “Sünni Paktı” əvəzinə, “Orta Şərq Paktı” adı ilə İran üzərindən Almaniya, Rusiya, Çin və Türkiyə hədəf ölkələr sırasındadır.

Qəribə olan budur ki, Səudiyyə krallığının boğmaq istədiyi Türkiyə və İranın xilas etdiyi tank fabrikini inşa etmək istədiyimiz və hərbi bazamıza ev sahibliyi edən Qətər də bu toplantıda iştirak edib.

Bizim hər məsələyə qarışan atatürkçülər, dar düşüncəli türkçülər və dindar quruluşlar “Bədəviləri” ərəb kimi başa düşmək istəyiblər və Peyğəmbəri təhqir etdiklərinin fərqinə də varmayıblar. Belə ki, “mən ərəbəm, amma ərəblər məndən deyil” dediyini iddia ediblər. Lakin Peyğəmbər “mən ərəbəm, amma Urbanlar məndən deyil” demişdi. Yəni hələ ki, ərəb olmamış “Urbanlar”, yəni bədəvilər, mədəniyyət qura bilməmiş, əkinçi ola bilməmiş, hərami, istehlakçı, soyğunçu cəmiyyətlər” məndən deyildir, demişdi.

“Bədəvilərin” Orta Şərq Paktına qarşı Ərəb-Türk-İran-Rus Paktı qalxan olmalıdır. Mədəniyyətin davamlı olması için bu alternativ insan oğlunun varlığı üçün həyati önəm daşıyır.

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar