Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhkim edilmiş və zəiflədilmiş kimliklər...

İsraildə təhkim edilmiş irqçi kimlik inşa edilərkən, Orta Şərq və Şimali Afrikada da zəifləmiş kimliklərin yaradılması ön plandadır

Zəkəriya Kurşun,
“Yeni Şafak” qəzeti, Türkiyə, 11 aprel 2019-cu il

Orta Şərq və Şimali Afrikaya örnək göstərilən demokratiya anlayışlarından biri də İsrail demokratiyasıdır. Əlbəttə ki, burada nəzərdə tutulan əsas məsələ demokratik sistemlərin bütünlüklə yaşadılmasından çox, demokratiya qaydalarının idarə edilməsidir.

Çərşənbə axşamı İsraildə keçirilən seçkilərdə ortaya çıxan nəticələr bu baxışın yenidən dəyərləndirilməsini məcburi hala gətirir. Əlbəttə ki, İsrail xalqının iradəsini sorğulamaq bizə düşmür. Lakin örnək kimi təqdim edilən bir demokratiyanın necə tətbiq olunması bizi maraqlandırır. Çünki məsələ təkcə İsraildəki parlament seçkiləri deyil. Məsələ İsrail üzərindən Orta Şərqdə və Şimali Afrikada qanuniləşdirilən lider tipləridir.

Seçkilərdən əvvəl edilən dəyərləndirmədə İsrail seçicilərinin 2 məsələyə önəm verdikləri irəli sürülüb: Təhlükəsizlik və qanunsuzluq.

Halbuki, Netanyahunun son 10 ildir idarə etdiyi İsrail öz tarixinin ən etibarsız dönəmlərini yaşayıb. Təhlükəsizlik problemi və məhv edilmə qorxusu İsrail hökümətini və hətta, İsrail cəmiyyətini daha da aqressivləşdirib.

Bir tərəfdən baxanda Netanyahunun gücü İsrail xalqının qorxularından doğulmuşdur. Bunu edərkən də sülhə əsaslanan etibarlı bir İsrail modeli əvəzinə, daha aqressiv və davamlı olaraq təhdid edən bir ölkə yaratmışdır. Düşmənçiliklə dediyi sözlər təkcə məsum fələstinliləri deyil, həmçinin yəhudi olmayan İsrail vətəndaşlarını və sionizm əleyhinə olan musəviləri belə qorxutmuşdur.

Digər tərəfdən beynəlxalq ictimaiyyətdən, xüsusilə Trampdan aldığı dəstəklə İsraili yəhudi/irqçi bir dövlətə çevirməkdə israrlı olması, Qüdsün paytaxt elan edilməsi və müsəlmanlarla xristianların Şərqi Qüdsə təxliyə edilməsi üçün davam edən təzyiqlər və nəhayət, İordan çayının qərqindəki yerli quruluşların İsrailə birləşdirəcəyini elan etməsi, regionun qorunması məsələsində ən böyük təhdidin Netanyahu olduğunu isbat edir.

Hətta, ən kritik zamanlarda da mühasirədəki Qəzzədən İsrailə yönəldilən raketlərin belə arxasında Netanyahunun ola biləcəyi ağla gəlir...

Son illərdə haqqında bir çox qanunsuzluqla bağlı cinayət işi açılmış olması gözləntilərin əksinə seçicilərin qərarında əks olunmaması da qəribə deyilmi? İsraildə 1000, 2000 və 4000 nömrəli məhkəmə istintaqı olaraq adlandırılan və hamısında da əsas günahkar kimi Netanyahunun göstərildiyi qanunsuzluqla bağlı məhkəmə prosseslərinin seçici üzərində kifayət qədər təsirli olmadığı ortaya çıxıb. Seçkilərdə Mavi-Bəyaz ittifaqının lideri, sabiq general Beni Qantz seçki strategiyasını daha etibarlı və təmiz bir İsrail şüarı üzərində qurmuşdu.

Netanyahu qarşısında bərabər bir uğur əldə etməsinə baxmayaraq, hökümət qurmaq şansının olmaması, əslində, yeni bir İsrail kimliyinin formalaşması ilə bağlı ciddi bir problemə işarə edir.

Bütün bu xəbərlərə və ictimai qorxulara, hətta, travmalara baxmayaraq, İsraildə əldə olunan seçki nəticələri 1896-cı ildən etibarən formalaşdırılmağa başlanan “edilmiş yəhudi kimliyində də önəmli nəticələrin alındığını ortaya çıxarır. Son seçkilər İsraildə başqasına qarşı edilən haqsızlığı müdafiə edə bilən, hətta heçə sayan, təhlükəsizliklərini təhdid etməsinə baxmayaraq, aqressiv olan, həyatlarını məhv edən qanunsuzluğa göz yuman, təhkim edilmiş yəhudi kimliyinin yaradıldığını göstərir.

Həm İsraildə, həm də dünyada fərqli düşünən musəvilərin olması bir həqiqətdir. Lakin mühafizəkar musəvilərin etirazlarına rəğmən, sionist düşüncənin inşa etdiyi kimliyin aktiv olmasına şübhə yoxdur.

Təhkim edilmiş irqçi/yəhudi kimliyinin yaratdığı təhdid təkcə İsraildəkilərə və ya fələstinlilərə yönəlmiş bir təhdid deyil. Bu anlayış regiondakı və dünyadakı sülhü də təhdid edir. Bunun tarixdə yalnız bir örnəyi var. O da tam əks bir anlayışla, yəni yəhudi əleyhdarlığı üzərində qurulmuş Hitler faşizmidir.

Bu gün dünya hələ də Hitlerin meydana gətirdiyi fəlakətin əsiridir. Təhkim edilmiş irqçi alman kimliyi yaratmaq istəyən Hitler dünyanı fəlakətə sürükləmiş, lakin layihəsi yarımçıq qalmışdı. Halbuki, bu hadisədə qurban olduğunu iddia edən İsrailin bu təhlükəli yolda bir xeyli irəlilədiyi ortadadır.

Dünya liderlərinin də sadəcə izlədiyi, hətta dəstəklədiyi bu durumun bölgə ilə bağlı başqa bir dərəcəsi də var. İsraildə təhkim edilmiş irqçi kimlik inşa edilərkən, Orta Şərq və Şimali Afrikada da zəifləmiş kimliklərin yaradılması ön plandadır.

Haqq, ədalət, azadlıq, iş tələbləri ilə ortaya çıxan “Ərəb baharı” ölkələrinə baxsaq, bu vəziyyəti aydın şəkildə görə bilərik. Tunis, Suriya, Misir, Yəmən, Liviya və Sudana, hətta, Əlcəzairə bir baxın. Xalqın bu canlılığı və haqlı tələblərə rəğmən, orada azad vətəndaşlıq kimliyi və xalqın iradəsinin tətbiq edilməsi əvəzinə, xalqın iradəsini talayan diktatorlara dəstək verilməsi necə açıqlana bilər? Qısaca, Orta Şərq və Şimali Afrikada zəiflədilmiş kimlikləri ilə xalqların iradəsi məhv edilərkən, Netanyahu tipində bir liderlik anlayışı dəstəklənir.

Qısası, hələlik dünya İsraildə təhkim edilmiş irqçi yəhudi kimliyini və bunun üzərində inşa edilmiş liderliyi, Orta Şərq və Şimali Afrikada isə zəiflədilmiş kimlikləri ilə bunun üzərində qurulmuş diktaturanı dəstəkləyir.

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar