Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Putin Yerevandakı gülləbaranda ittiham olunur, Kreml isə susur”

“Ermənistanın hakim partiyasının üzvü, baş nazir Nikol Paşinyanın yaxın silahdaşı, parlamentin müdafiə və təhlükəsizlik məsələləri komitəsinin sədri Andranik Köçəryanın “27 oktyabr cinayəti açılıb. Sifarişçilər məlumdur”

“Bu cinayəti Vladimir Putinin tapşırığı ilə Rusiya xüsusi xidmət orqanları törədib” açıqlaması əsl sensasiyadır. Ermənistanın hakim partiyasının deputatının ittihamı ciddidir. Söhbət Ermənistan parlamentinin 1999-cu ildə gülləbaran olunmasından gedir”.

Bu barədə “Atlas” araşdırma mərkəzinin virtualaz.org-un redaksiyasına daxil olmuş növbəti araşdırmasında deyilir. Mərkəzin rəhbəri Azərbaycanın məşhur politoloqu Elxan Şahinoğludur.

Araşdırmada daha sonra deyilir:

“Silahlı hücum nəticəsində spiker Karen Dəmirçiyan, baş nazir Vazgen Sarkisyan, spikerin müavinləri Yuri Baxşyan və Ruben Miroyan, operativ məsələlər üzrə nazir Leonard Petrosyan, deputatlar Armenak Armenakyan, Henrix Abramyan və Mikael Kotanyan qətlə yetirildilər.

Birincisi, o illərdə Dağlıq Qarabağ danışıqları intensivləşmişdi. O zaman belə xəbərlər yayılırdı ki, ATƏT-in 1999-cu ildə keçiriləcək İstanbul sammitində Dağlıq Qarabağla bağlı sülh sazişi imzalana bilər. Bu sülh sazişi Rusiyadakı bəlli mərkəzlərin maraqlarına cavab vermirdi. Ona görə də Ermənistan parlamentinin gülləbaran edilməsində Rusiya izi haqqında bugünə qədər danışılır.

İkincisi, Vladimir Putin gülləbaran zamanı cəmi bir ay idi ki, baş nazir vəsifəsinə təyin edilmişdi. Rusiyanın keçmiş prezidenti Boris Yeltsin hökumətin formalaşdırılmasını Federal Təhlükəsizlik Xidmətinin rəisi Vladimir Putinə tapşırmışdı. Buna baxmayaraq, Ermənistan parlamentinə hücum planı daha əvvəl hazırlana bilərdi. Çünki bu cür əməliyyatların hazırlanması xeyli zaman tələb edir. Bu o deməkdir ki, əgər Rusiyada Ermənistanda qarışıqlıq yaratmaq planı hazırlanmışdısa Putinin bundan mütləq şəkildə xəbəri var idi. Sadəcə burada iki məsələ var. Ya planı Putin özü hazırlayıb və həyata keçirilməsini şöbələrə tapşırıb, ya da o hazır olan plana razılığını verib.

Əsas sual budur: Ermənistan parlamenti gülləbaran olunmasaydı sülh sazişi imzalanacaqdımı? Belə bir ehtimal var idi. Parlamentdə öldürülənlərin əksəriyyəti sülh sazişi imzalamağa üstünlük verirdi. Bu gülləbarandan əvvəl Azərbaycan prezidentinin 3 yaxın tərəfdarı vəzifələrindən istefa verdilər. Söhbət prezidentin köməkçisi Eldar Namazov, prezidentin xarici siyasət məsələləri üzrə müşaviri Vəfa Quluzadə və xarici işlər naziri Tofiq Zülfüqarovdan gedir. Bu onların birgə verdiyi qərar idi. Onlar hesab edirdilər ki, bu istefa ilə Azərbaycan üçün əlverişsiz olan sülh sazişinin İstanbulda imzalanmasının qarşısını alacaqlar. Ancaq Ermənistan parlamentinin gülləbaran olunması daha erkən olsaydı, adı çəkilən rəsmilər bəlkə də istefa verməzdilər. Çünki onsuz da Ermənistan parlamentinin gülləbaran olunması İstanbulda mümkün razılaşmanı əngəllədi.

Ermənistanın hakim partiyasının deputatının Putin əleyhinə açıqlaması Moskvada ciddi rezonans doğurmalıdır. Çünki bu açıqlama Ermənistanın hansısa müxalifət partiyasının nümayəndəsindən deyil hakim partiyasının deputatının dilindən səsləndirilib. Bu isə o deməkdir ki, hakim partiyada da Putinə qarşı eyni əhval-ruhiyyə var. Moskvadan bu açıqlamaya görə təzyiq olsa Ermənistanın baş naziri Nikol Paşinyan ya deyəcək ki, bu onun və partiyasının mövqeyi deyil, lap böyük təzyiq olacağı halda isə bəlkə də açıqlamanı səsləndirən deputatı partiyasından və ya komitə rəhbərliyindən xaric edəcək”.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar