Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniya Assanjı ABŞ-a təslim etməyəcək

Əgər “Wikileaks” saytının qurucusu, avstraliyalı jurnalist Culian Assanjı ABŞ-da ölüm hökmü gözləyəcəksə, onda Böyük Britaniya onu Vaşinqtona təslim etməyəcək

Bu barədə Britaniya xarici işlər nazirinin müavini Alan Dankan bəyan edib: “Bizim istənilən vəziyyətlə bağlı ümumi siyasətimiz bundan ibarətdir və bu, eyni dərəcədə Culian Assanja da şamil edilir. Ona görə də, əgər Assanjı ölüm hökmü təhlükəsi gözləyəcəksə, ABŞ-a ekstradisiya olunmayacaq” – Dankan vurğulayıb.

Azvision.az xatırladır ki, “Wikileaks” saytının qurucusu Culian Assanj bu gün Ekvadorun Londondakı səfirliyində həbs olunub. Buna səbəb Ekvador hökumətinin 7 ildir diplomatik missiyanın ərazisində yaşayan Assanjın sığınacaq hüququnu ləğv etməsidir. Ekvador tərəfi öz qərarını avstraliyalı jurnalistin beynəlxalq konvensiyaları və diplomatik protokolu dəfələrlə pozması ilə izah edib. Britaniya XİN Assanjın sığınacaq hüququnu əlindən aldığına görə Ekvador hökumətinə təşəkkürünü bildirib.

Assanj “Wikileaks” saytı vasitəsilə ABŞ diplomatlarının sirrlərini, Amerikanın yüksək vəzifəli şəxslərinin korrupsiya əməllərini və məxfi dinləmələrini, casusluq qalmaqallarını, həmçinin, ABŞ-ın hərbi cinayətlərilə bağlı çox sayda olduqca məxfi sənədləri aşkarlayaraq dünya ictimaiyyətinə yaymaqla məşhurlaşıb. Bir çoxları onun həbsini Avropada söz və mətbuat azadlığının sonu kimi qiymətləndiriblər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar