Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vertigo - ABŞ-İsrail ittifaqı daha haraları işğal edə bilər?..

ABŞ və İsrail seçkilərdən sonra İordan çayının qərbini birlikdə işğal edəcəkləri bildiriblər...

Nedret Ersanel,
“Yeni Şafak” qəzeti, Türkiyə, 10 aprel 2019-cu il

İsrail və ABŞ liderlərinin bənzər kostyumlarda aldıqları Qolan qərarına əsasən Netanyahu Moskvaya getmişdi və rəsmi açıqlamalarda bildirilib ki, Suriya məsələsi də müzakirə olunub...

ABŞ və İsrail seçkilərdən sonra İordan çayının qərbini birlikdə işğal edəcəkləri bildiriblər. Netanyahu: “Yəhudi yerli qurumlarına İsrail hakimiyyətini tətbiq edəcəyik. Bunu ABŞ təsdiqlədikdən sonra edəcəyik. İordanın qərbindəki yerli qurumların tabe olunması ABŞ ilə razılaşdırılmış şəkildə həyata keçiriləcək...”

Bu addımlar Vaşinqton-Təl-Əviv kimi, Moskva-Vaşinqton arasında da Suriyanın şimalı və cənubu ilə bağlı bir razılaşma olub olmaması haqqında şübhə doğurub.

Bu halda Bazar ertəsi keçirilən Türkiyə - Rusiya görüşü hər zamankından daha önəmli hala gəldi...

Çünki digər tərəfdən də vitse prezident Pens və Dövlət katibi Pompeonun Ankaraya təzyiq göstərməklə “Suriyadakı əməliyyatların nəticələri ağır ola bilər” açıqlaması və S-400 satışının qarşı cəbhəsinə NATO-nu qoyan açıqlamaları var idi. Trampın Türkiyə iqtisadiyyatını məhv etmək cəhdini hələ demirəm...

Lakin hər şey bundan ibarət deyil. Hətta, bunlar hələ başlanğıcdır...

***

Çərşənbə axşamı dünyamız yeni yaşına qədəm qoydu: Aİran İnqilabı Keşikçilərini, yəni İran ordusunun önəmli bir bölümünü “terror təşkilatı” elan etdi. Tehran da ABŞ ordusunu "terror təşkilatı” elan etdi.

Bu həmişəki İran-ABŞ-İsrail düşmənçiliyinin bir başqa təcrübəsi kimi adiləşə bilməz... Bəli, ABŞ-ın bu addımı sahədə olduğu qədər, ölkədə hərbi qüvvənin iqtisadi və siyasi təsirini məhv etməkdir, lakin müharibənin genetikasını da dəyişdirən bir vəziyyətdir.

Ordular terror təşkilatı hesab olunmağa başlansa, terror təşkilatları da ordu hesab olunmağa başlayar!

Buna görə də, hətta indidən İŞİD və YPG/PKK birləşib subpodratçı hərbi bölmə statusundan ordu statusuna yüksələ bilərlər. Suriyada da xaos davam edə bilər.

***

Bənzər motivlərdən biri də Hindistan-Pakistan oyununda üzə çıxdı...

“Pakistan Xarici İşlər Naziri Şah Mahmud Qüreyşi Hindistanın “gələn həftə” özlərinə qarşı bir hücum planı qurduğuna dair “etibarlı kəşfiyyat bilgisinə” sahib olduqlarını bildirib. Qüreyşi hücumun 16-20 aprel tarixlərində olacağını işarə edib...”

Bu açıqlamalar Pulvama hadisəsindən sonra elə də kiçik görünmür. Yeni Dehli iddianın yalan olduğunu deyib. Onsuz da hal-hazırda başlarını qaşımağa belə vaxtları yoxdur.

Hindistanda seçki olacaq. 800 milyon seçicinin səs verəcəyi və 1 ay davam edəcək seçkilərin ölkə hakimiyyətini necə narahat etdiyini təxmin etmək çətin deyil.

Lakin Pakistanın iddialı açıqlamasının ardınca baş verən qəribə hadisə daha maraqlı idi: İslamabaddakı hökumət evində yanğın olub. Prezident İmran Xan təhlükəsiz şəkildə binadan çıxarılıb. Prezidentin yanğın zamanı önəmli bir toplantıda olduğu və binadan çıxmağı rədd etdiyi önə sürülüb...”

***

Çox vaxt aktual xəbərləri diqqətlə izləyib, keçmişdə eyni məsələ ilə bağlı baş vermiş bənzər hadisələri unuduruq. Dünya artıq belə deyil. Xarici siyasəti anlamaq və formalaşdırmaq standartları dəyişib. Buna görə də, daxildə baş verənlərə yaxından baxmağa məcur qaldıqda hər şeyi daha dəqiq görəcəksiniz...

Məsələn...

Bu ilin əvvəlində Prezident Tramp şəxsən araya girərək Ağ Ev və ona bağlı qurumların etirazlarına baxmayaraq, kürəkəni Cared Kuşnerə yenidən kritik bilgiləri araşdıra biləcəyi "təhlükəsizlik icazəsi”nin verilməsini təmin edib.

İndi bəzi Ağ Ev rəsmiləri ABŞ Konqresinə bildirib ki, yoxlamalarda ortaya çıxan bəzi problemlərə görə gizli sənədlərə girişi ləğv edilən ən azı 25 nəfərə icazə verilib.

Bu iddiaların sahibləri içərisində 18 ildir təhlükəsizlik istintaqı aparan yüksək çinli məmurlar var. O 25 nəfərin adı açıqlanmayıb, amma Konqresin bu işə Prezidentin qızı İvanka, kürəkəni Kuşner və Milli Təhlükəsizlik Müşaviri Con Boltondan başlayacağı bilinir.

Bu şəxslərin bizim regionumuzda, İsrailin Süleyman məqbərəsinə qədər uazanan hansı planları həyata keçirməyə çalışdığını bilirik.

Bununla bağlı iki xəbər gəldi: ABŞ Daxili Təhlükəsizlik Naziri Kirstjen Nelsen istefa verdi, ardınca ABŞ Gizli Xidmətinin Direktoru Randolf Alles vəzifəsindən azad edildi.

Vaşinqtonda baş verən bu müharibənin daxili güc çəkişməsi olduğu da məlumdur. Trampın Rusiya ilə bağlantısı olması iddialarının bitməsindən sonra hələ də əl çəkməyənlər var.

İndi bu xəbərin yanında eyni tarixli bir başqa xəbər var: “Rusiya Prezidenti Dmitri Medvedev konstitusiyada dəyişiklik edilməsinin mümkün olduğunu, lakin indi bunlara ehtiyac olmadığını deyib. Dövlət Dumasının sədri Vyaçeslav Volodin Şura yaradılarkən Dümanın səlahiyyətlərinin artırılmasını və söz sahibi olmaq tələbini gündəmə gətirmişdi”.

Bu, nə deməkdir? Bu, o deməkdir ki, ABŞ-da baş verən oyun Moskvada da baş verir. Medvedev də, Volodin də “sirlərə bələd olan” güclü aktyorlardır və bu anomaliyalar Qazaxıstandan sonra başlayıb!

Putin Medvedev və çevrəsindən bezmiş ola bilər? Bəs bundan bizə nə var?..

Bizə dəxli odur ki, Kuşner - Bolton qrupunun Moskvada bir anoloqu olmalıdır! Yoxsa sinxron yarada bilməzlər...

P. S. Vertigo tibb termini kimi işlənir, əslində isə “hərəkət illüziyası” deməkdir. İllüziya da “göz bağıdır”...


Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar