Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cavid Qurbanov: “BTQ Çinlə Avropa arasında ən qısa marşrutdur”

"Korail" Koreya Milli Dəmir Yolları Korporasiyasının Cənubi Koreyanın paytaxtı Seul şəhərində yerləşən ofisində "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovla "Korail" Koreya Milli Dəmir Yolları Korporasiyasının prezidenti Son Byonq Sokun arasında göruş kecirilib

QSC-dən verilən məlumata görə, geniş nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Son Byonq Sok çıxış edərək Koreya Milli Dəmir Yolları Korporasiyasının Dəmir Yolları Əməkdaşlıq Təşkilatına üzv olmasına göstərdiyi dəstəyə və DYƏT Baş Direktorlar Konfransının XXXIV iclasında iştiraka görə Cavid Qurbanova təşəkkürünü bildirib.

İkitərəfli görüşdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov çıxış edərək, Azərbaycanın nəqliyyat-logistika imkanları, dəmir yolunda həyata keçirilən islahatlar barədə danışıb. O, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, "Şimal-Cənub" və Cənub-Qərb nəqliyyat dəhlizləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu barədə ətraflı məlumat verib.

Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutundan (Orta Dəhliz) danışan C. Qurbanov bildirib ki, bu dəhliz yüklərin Çindən Avropaya və əks istiqamətdə daşınmasını təmin edir. Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılması istiqamətində ən mühüm nailiyyətlərdən biri də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsidir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta Dəhlizin tərkib hissəsi olmaqla, Çinlə Avropa arasında ən qısa marşrutdur. "Korail" Koreya Milli Dəmir Yolları Korporasiyası Lyanyunqan və Pusan limanlarının geniş terminal imkanlarından istifadə edərək, Avropaya yüklərin müntəzəm daşınması üçün Orta Dəhliz layihəsinə qoşulmaq imkanlarını nəzərdən keçirə bilər.

Görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

Səfər zamanı, həmçinin Azərbaycan nümayəndə heyəti Pusan limanının işi ilə tanış olub.

pia.az


Etiket: Cavid Qurbanov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar