Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şeyx Avropadakı biznesini müflis elan etdi

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Çexiyadakı biznesini dayandırmaq qərarına gəlib

Jurnalist Cavanşir Həsənlinin araşdırıb ki, cənab Paşazadə Karlovı-Varı sərgüzəştləri ilə özünün mövqeyinə ciddi zərbə vurduğunun fərqinə varıb və siyasi hakimiyyətin də tövsiyyəsi ilə bu ölkədəki şirkətini birdəfəlik qapatmaq üçün Çexiya Ədliyyə Nazirliyinə müraciət edib.

Müraciəti MP İnternational şirkətinin meneceri Sergey Kopanev göndərib və müraciət ötən ayın 11-də icraata götürülüb.

Səbəb kimi şirkətin iflası göstərilir. Şeyx həzrətləri zirək tərpənib və 15 milyon kronluq aktivləri olan şirkətinin son bir il ərzində nə az-nə çox 18 miyon kron zərərə düşdüyünü qeyd edib.

Üstəlik də belə ehtimal var ki, Allahşükür Paşazadə Çexiyadakı kapitalını daha dərinə gizlətmək üçün İspaniyaya köçürür. Hansı ki, burada qudası Ali Evsenin də böyük biznesi var.

Şeyx bir vaxtlar Çexiyada mülkünün, şirkətinin olmadığını deyirdi. Deyirdi ki, "bir şey haqqında danışanda ortaya sübut qoymaq lazımdır”.

Amma şirkətə aid sənədlər ortaya çıxanda A. Paşazadə tələm-tələsik şirkəti oğlunun adına keçirdi ki, izi itirsin, bu da keçmədi, şirkətin yenidən qeydiyyatı ilə bağlı sənədlər də ortaya çıxdı.

Xatırladaq ki, Şeyx və qardaşı Cavanşir Paşazadə Aynur KV (Karlovı Varı) şirkətini hələ 2008-ci yanvarında Çexiyada qeydiyyatdan keçirmişdilər. 2017-ci ilin sentyabrında müvafiq sənədlər ictimailəşəndən sonra Şeyxülislam ötın ilin mayında şirkətin adını dəyişərək oğlu Məhəmməd Paşazadənin adına keçirmişdi. (Yeni Sabah)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar