Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“YSK-nın qərarıdırsa, qəbulumuzdur…” – Ərdoğan

“Təşkilatımızın İstanbulda seçki qutularına nəzarətində qüsarlar ola bilər”

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan qayıdarkən təyyarədə jurnalistlərə deyib. Prezident İstanbuldakı bələdiyyə seçkisində səsvermə zamanı saxtalkarlıqlara yol verildiyi iddialarının olduğunu bildirib. Bu məsələni sonuna qədər izləyəcəklərini vurğulayan Ərdoğan əlavə edib ki, şübhəli məqamlar saxtakarlıq olduğunu göstərir: “Əslində səmimi davranış olsa, bu, seçkinin ləğvinə aparar”.
Ərdoğan bildirib ki, namizədlər arasındakı 13-14 min səs fərqi onlardan çox səs toplayanın bələdiyyə sədrliyinə mane olmur: “Gəlin, şübhələri aradan qaldıraq, Ali Seçki Qurumu (YSK) qərarını verəndən sonra bu iş bitsin. Amma bunlar etirazı həzm edə bilmirlər. Niyə etiraz etməyək? İstanbul kimi şəhərdə namizədlər arasında başlanğıcda 30 min olan səs fərqi etirazlardan sonra 13 minə düşür. İndi bunun başını buraxaq? Etirazlar davam etməlidir ki, YSK da son qərarını versin. Hətta səs fərqi 1 nəfər olsun, YSK-nın qərarıdırsa, qəbulumuzdur”.

Türkiyə Prezidenti deyib ki, qeydə alınan qanunsuzluqlar seçkinin nəticəsinin ləğvinə əsas verir.

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkisi keçirilib. İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyi uğrunda ən çox səsi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım toplayıb. YSK Əkrəm İmamoğlunun 26 səs fərqi ilə qalib gəldiyini açıqladıqdan sonra AKP seçkinin nəticələrinə etiraz edib və bir çox rayonda səslər yenidən sayılıb. Nəticədə səs fərqi 15 min nəfərə düşüb.

İstanbulda seçkinin nəticələrinin ləğv olunacağı bildirilir.(ONA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar