Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əbülfəs Qarayev Malışevi qəbul etdi - Foto

Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev aprelin 9-da Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rektoru, Mədəniyyət və İncəsənət Təhsil Müəssisələri Assosiasiyasının prezidenti, Rusiya Təhsil Akademiyasının akademiki Vladimir Malışevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

PİA.az Axar.az-a istinadən xəbər verir ki, Rusiya nümayəndə heyəti “MDB ölkələrində Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu günləri. Dünyanın ilk kino məktəbinin 100 illiyi” layihəsi çərçivəsində ölkəmizdə səfərdədir.

Nazir Əbülfəs Qarayev qonaqları salamlayaraq mədəniyyət sahəsində iki ölkə arasında əlaqələrin dinamik inkişafından məmnunluğunu ifadə edib, əməkdaşlığı daha da genişləndirmək üçün yaxşı imkanların olduğunu bildirib.

Nazir qeyd edib ki, kinematoqrafiya ilə bağlı birgə təşəbbüs və layihələrin həyata keçirilməsi iki ölkənin mədəni əlaqələrinin daha da inkişaf etməsinə böyük töhfə olardı. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu arasında əməkdaşlığa dair sazişin imzalanmasına toxunan nazir vurğulayıb ki, bu, birgə tədbirlərin, konfransların, ustad dərslərinin, tələbə mübadiləsinin təşkil olunmasına xidmət edəcək.

S.A.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rektoru Vladimir Malışev Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə “MDB ölkələrində Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu günləri. Dünyanın ilk kino məktəbinin 100 illiyi” layihəsi çərçivəsində aprelin 8-dən 12-dək Bakıda yubileyə həsr olunmuş bir sıra tədbirlərin keçirilməsinə görə nazirə təşəkkürünü bildirib. Qonaq iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək birgə layihələrin reallaşdırılmasının vacibliyini vurğulayıb.

Görüşdə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun professorları – Rusiyanın xalq artistləri Vladimir Fokin, Vladimir Menşov, institutun kafedra müdiri Vladimir Xotinenko, institutun emalatxana rəhbəri Tatyana Yakovlyova, tədris-yaradıcılıq emalatxanasının rəhbəri İqor Klebanov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova iştirak ediblər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar