Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azəriqaz”dan əhaliyə xəbərdarlıq - Sizi aldadırlar!

Son günlər Bakı şəhərinin müxtəlif ünvanlarında, əsasən, Yasamal rayonunda özünü “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı kimi təqdim edərək, insanları aldadan şəxslər peyda olub

Bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Qurumdan verilən xəbərə görə, bu şəxs və ya şəxslər mənzillərdə quraşdırılmış “smart-kart” tipli qaz sayğaclarının üzərinə vurulmuş xüsusi nömrəli plombun yenilənməsi, batareyasının dəyişdirilməsi və ya “smart-kart”ların “vaxtının keçməsi” kimi məsələləri bildirərək, həmin “problemlərin” aradan qaldırılması üçün vətəndaşlardan müəyyən miqdarda pul tələb edirlər.

Onlar inandırıcı olması üçün qeyri-qanuni akt tərtib edərək abonentlərə təqdim edirlər.

Azəriqaz” istehlakçıların nəzərinə çatdırır ki, qurumun işçiləri mənzillərdə yerləşən qaz sayğaclarına profilaktik baxış və xidmət göstərəcəyi zaman İB-nin əməkdaşı olduğunu təsdiq edən xidməti vəsiqə tələb edilməlidir:

“Yerlərdə göstərilən bütün xidmətlər ödənişsizdir və tərtib edilən xüsusi nömrəli aktlar sarı, qırmızı və göy rəngdə olmaqla üç nüsxədən ibarət tərtib olunur, qırmızı rəngli akt abonentə təqdim edilir”.

Azəriqaz” sadalanan qeyri-qanuni hallarla rastlaşan vətəndaşları yaşadıqları ərazi üzrə müvafiq polis bölməsinə müraciət etməyə çağırır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar