Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"30 milyon dolları Zumaya verib, deyib ki, məni tutsalar ya öldürsələr..."

CAR-ın keçmiş prezidenti Ceykob Zuma Liviyanın keçmiş rəhbəri Müəmmar Qəzzafinin pullarının mənimsənilməsində şübhəli bilinir

Virtualaz.org “The Sunday Times” nəşrinə istinadən xəbər verir ki, iddialara görə, Liviya lideri 2011-ci ildə qətlinə az qalmış Zumaya nağd şəkildə 30 milyon dollar verib və bu pullar uzun müddət onun Nkandledəki şəxsi iqamətgahında saxlanılıb, bu yaxınlarda isə Esvatini Krallığına (keçmiş Svazilend) aparılıb.

Ceykob Zuma

Dərc olunmuş araşdırmada deyilir ki, CAR prezidenti Qəzzafi ilə görüşmüş son dövlət başçısı olub. Bu, vətəndaş müharibəsinin və xarici müdaxilənin ən qızğın çağında baş verib. O zaman Qəzzafi rejiminin taleyi artıq bəlli idi. Zuma Liviyaya gəlmişdi ki, Qəzzafini ölkəni tərk etməyə razı salsın və öz ölkəsində ona sığınacaq təklif etmişdi.

“Qəzzafi çıxıb getməkdən imtina etdi. O dedi ki, öz ölkəsində öləcək. O, Zumaya pulları verib xahiş etdi: “Əgər məni tutsalar və Beynəlxalq cinayət məhkəməsinə versələr, mənimçün yaxşı vəkil tap”. Bunu nəşrə adının açıqlanmasını istəməyən mənbə bildirib. Qəzzafi xahiş edib ki, ölərsə, bu pullar ailəsinə çatdırılsın.

Müəmmar Qəzzafi

“The Sunday Times” nəşrinin gümanına görə, sonradan onlar Zumanın şəxsi iqamətgahında saxlanılıblar, indi isə Qəzzafi yox, Zumanın özü məhkəmə xərclərini ödəmək üçün pula ehtiyac duyur. Qarşıda onu ötən il prokurorluğun yenidən başladığı cinayət işi üzrə məhkəmə gözləyir. Zuma 1990-cı illərdə, hələ vitse-prezident olarkən Fransanın “Thales” şirkətindən Pretoriya üçün silah alışında, reket və pul tələb etmədə, korrupsiyada, ümumilikdə, 783 epizod üzrə ittiham olunur. Bundan əlavə, Zuma əvvəllər uduzduğu məhkəmə proseslərinə görə ödənişləri şəxsi hesabından etməlidir. Qəzet iddia edir ki, nəticədə, Qəzzafinin pulları qonşu Esvatiniyə aparılıb və orada Mərkəzi Banka yerləşdirilib ki, gələcəkdə Zuma həmin vəsaitdən maneəsiz istifadə edə bilsin.

Qəzzafinin milyonları: uydurma, yoxsa gerçəklik?

CAR-ın xarici işlər və əməkdaşlıq naziri Lindive Sisulu ilk olaraq bu tədqiqatın nəticələrinə reaksiya verərək bildirib ki, Qəzzafinin milyonları barədə şayiələr artıq bir neçə ildir ki dolaşır, lakin hələ heç kim bunu sübuta yetirə bilməyib. “Liviyalılar bu cür xahiş etsələr, biz araşdırma aparmağa hazırıq”, - “Pretoria News” qəzeti nazirin sözlərindən sitat gətirir. Müxalifət isə ölkə prokurorluğundan “The Sunday Times”da dərc olunmuş faktlarla bağlı araşdırma aparmağı və istintaq qrupuna beynəlxalq ekspertləri daxil etməyi tələb edib.

Esvatini kralı III Msvati

Bununla birlikdə, “The Sunday Times” yazır ki, Cənubi Afrika Respublikasının hakimiyyəti gizli olaraq bu araşdırmanı aparmaqdadır. Məhz buna görə ötən ay ölkənin prezidenti, daxili işlər naziri və dövlət təhlükəsizliyi naziri Esvatiniyə səfər etmişdilər. Bildirildiyinə görə, o zaman kral III Msvati qonaqlarını əmin edib ki, axtarılan pullar barədə məlumatı yoxdur, lakin bundan bir neçə həftə sonra özü CAR prezidentindən Yohannesburq hava limanında görüşməyi xahiş edib və məlumat verib ki, pullar doğrudan da Durbandan Mbabaneyə gətirilib və krallığın bankına yerləşdirilib.

Qəzet güman edir ki, həmin pullara görə qətlə yetirilmiş Liviya liderinin oğlu Seyf əl-İslam bu yaxınlarda müraciət edə bilər. Bu pullar ona namizədlik kampaniyası üçün lazım olacaq. Gözlənildiyinə görə, bu ilin sonunda Liviyada keçiriləcək seçkilərdə Müəmmar Qəzzafinin oğlu prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ən çox oxunanalar