Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qara dəniz ekvatoriyasında hər an böyük bir savaş ola bilər” - Politoloq

Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri: “ Təbii ki, gələcəkdə Rusiya-NATO qarşıdurması mövcuddur. Yəni bütün əlamətlər bunu göstərir”

“Ukrayna-Rusiya arasında hər an müharibə olma ehtimalı çox böyükdür. Belə olan halda da, NATO bu məsələyə səssiz qalmayacaq”.

Bu sözləri politoloq Natiq Miri NATO-nun 70 illik yubiley toplantısında Qara dənizdə Rusiyanın qarşısının alınması ilə bağlı müzakirə olunan paketi PİA.az-a şərh edərkən qeyd edib.

NATO-nun 70 illik yubiley toplantısında Qara dənizdə Rusiyanın qarşısının alınması ilə bağlı paket əsas müzakirə obyektlərindən biri olub. ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçison bunu Ukrayna, Ruminya, Bolqarıstan və Gürcüstanın təhlükəsizlik məsələləri ilə əlaqələndirib. Bu müzakirələr Rusiyada da xüsusi narahatıqla izlənilib. Xüsusən Kerç boğazında hazırda yaranmış vəziyyət Qara dənizdə gərginliyi artıran əsas faktor kimi çıxış etməkdədir.

Qeyd edək ki, NATO-nun baş katibi Yens Stoltonberq NATO-nun 70 illik yubiley toplantısında bildirib ki, Ukrayna və Gürcüstanın Rusiyadan müdafiə olunması NATO-nun vəzifələri arasına daxil edilib. Bu isə təbii ki, Qara dəniz hövzəsində müharibə riskini daha da artıqrmaqdadır.

Qara dənizdə böyük müharibə riski varmı və NATO Qara dənizdə Rusiyanın aqressiyasını məhdudlaşdıra bilərmi?

Mözvu ilə bağlı PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miriyə müraciət edib.

Natiq Miri: “NATO çox yaxşı bilir ki, bu gün Rusiyanın qarşısında dura biləcək tək güclü NATO ölkəsi məhz Türkiyədir”.

NATO-nun Rusiyanın Qara dənizdə hegemonluğunu heç cür qəbul edə bilmədiyini düşünən politoloq PİA.az-a açıqlamasında fikrini bununla əsaslandırıb ki, NATO-nun digər bir dövləti olan Türkiyə də Qara dənizlə sərhəd olan ölkədir. Məhz bütün bu məsələləri nəzərə alaraq son zamanlar ABŞ-Türkiyə qarşıdurmasında NATO müəyyən mənada Türkiyədən yana hərəkət edir:

“Bu gün Qara dəniz uğrunda çox ciddi və gizli savaş gedir. Bildiyimiz kimi Rusiya Ukraynaya məxsus Krım və Svestapolu işğal və ilhaq edəndən sonra Qara dənizdə mövqeləri çox güclənib. Hətta Rusiya təkcə dənizdə deyil, havada da hərbi mövqelərini gücləndirib, Kerç boğazını və Azov dənizini tamamilə öz nəzarəti altına alıb. Biz son Ukrayna Rusiya arasındakı gəmi savaşında da bunu gördük. Yəni üç Ukrayna hərbi gəmisi Kerç boğazından keçib Azov dənizinə, Mariupol limanına kedərkən rus gəmiləri Ukrayna gəmilərinə hücum etdi və 26 dənizçini əsir aldı. Bu günə qədər də gəmilər və heyəti Rusiyada həbsdə saxlanılır. Bu əslində Rusiyanın öz gücünü Qara dənizdə nümayiş etdirdiyini göstərən mesaj idi.

NATO-nun Qara dənizlə bağlı bu qədər həyəcan təbili çalması və müəyyən hazırlıqlar görməsi də təxminən bu konteksdədir. NATO Rusiyanın Qara dənizdə hegemonluğunu heç cür qəbul edə bilmir. NATO-nun digər bir dövləti olan Türkiyə də Qara dənizlə sərhəd olan ölkədir. Məhz bütün bu məsələləri nəzərə alaraq son zamanlar ABŞ-Türkiyə qarşıdurmasında NATO müəyyən mənada Türkiyədən yana hərəkət edir.

Natiq Miri: “NATO Rusiyanın Qara dənizdə hegemonluğunu heç cür qəbul edə bilmir”.

Bildiyimiz kimi S-400 havadan müdafiə sistemlərinin alınması ilə bağlı Türkiyə-ABŞ qarşıdurması mövcuddur. Buna görə də ABŞ Türkiyəyə çox ciddi təzyiqlər edir. Son NATO tədbiri çərçivəsində də NATO-nun baş katibi Stoltenberq bilavasitə Türkiyənin bu məsələdə sərbəst olduğunu və istənilən ölkədən istədiyi silahı almaq imkanının olduğunu qeyd etdi. Bu sözlər, bu müdafiələr sıradan və təsadüf deyil.

NATO çox yaxşı bilir ki, bu gün Qara dənizdə Rusiyanın qarşısında dura biləcək tək güclü NATO ölkəsi məhz Türkiyədir. Buna görə də gələcək nöqteyi nəzərdən Rusiyanın qarşısını almaq üçün NATO ən azından Türkiyəni müdafiə etmək məcburiyyətində qalıb.

NATO-nun son gördüyü işlərin çoxunu mən Rusiyanın qara dənizdə möhkəmlənməsinin qarşısını almaq üçün gördüyünü düşünürəm. Təbii ki, gələcəkdə Rusiya-NATO qarşıdurması mövcuddur. Yəni bütün əlamətlər bunu göstərir.

Natiq Miri: “Bu gün Qara dəniz həm Rusiya, həm də dünya gücləri-NATO bloku üçün çox həssas bir geosiyas hövzədir”.

Bir daha xatırladım ki, Ukraynanın bir hissəsi Rusiya tərəfindən ilhaq və işğal olunub. Ukrayna da öz ərazilərini Rusiyaya vermək fikrində deyil. Həmçinin NATO, Ukrayna onun üzvü olmasa da, bu məsələdə Ukraynanı çox ciddi şəkildə müdafiə edir. Buna görə də məsələyə təkcə NATO-Rusiya qarşıdurması çərçivəsində deyil, həm də Ukrayna-Rusiya qarşıdurması çərçivəsində də baxmaq lazımdır.

Təbii ki, Ukrayna-Rusiya arasında hər an müharibə olma ehtimalı çox böyükdür. Belə olan halda da, NATO bu məsələyə səssiz qalmayacaq. Eyni zamanda NATO-nun bu məsələdə maraqları olduğu üçün düşünürəm ki, bu savaş olarsa, NATO-nun müdaxilə etmək imkanı çox böyük olacaq.

Qara dəniz ekvatoriyasında hər an böyük bir savaşın çıxma ehtimalı çox böyükdür. Çünki bu gün Qara dəniz həm Rusiya, həm də dünya gücləri-NATO bloku üçün çox həssas bir geosiyasi hövzədir. Buna görə də düşünürəm ki, bu gizli savaş hələ bir müddət də davam edəcək”.

Nərminə UMUDLU
pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar