Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ankaradan Bakıya birbaşa uçuşlar başlayır

“Türk Hava Yolları” aprelin 22-dən etibarən Ankara-Bakı-Ankara istiqamətində birbaşa uçuşlara başlayır

Aviaşirkətdən Trend-ə verilən məlumata görə, Ankara-Bakı istiqamətində uçuşlar həftənin bazar ertəsi, çərşənbə və cümə günləri təşkil olunacaq. Əks istiqamətdə isə (Bakı-Ankara) reyslər həftənin çərşənbə axşamı, cümə axşamı və şənbə günləri həyata keçiriləcək.

Ankara-Bakı reysi yerli vaxtla 23:45-03:35-də, Bakı-Ankara isə 04:30-06:20-də təşkil olunacaq.

Bununla da, dünyanın ən çox ölkəsinə uçan “Türk Hava Yolları” aviaşirkəti Türkiyənin 3 fərqli şəhərindən Azərbaycana birbaşa uçuşlar həyata keçirəcək. Uçuşlar İstanbuldan 2, Ankara və Antaliyadan isə 1 hava limanından olmaqla ümumilikdə 4 hava limanından reallaşdırılacaq.

Məlumat üçün bildirək ki, Azərbaycandan əks istiqamətdə Bakı, Gəncə və Naxçıvan şəhərlərindən də İstanbula birbaşa uçuşlar təşkil olunur.

pia.az


Etiket: Ankara Bakı

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar