Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hacıbala Abutalıbov: "Sərəncamlara özüm cavabdehəm”

Xəbər verdiyimiz kimi, “Unikal” qəzetinin şənbə günü sayında “Hacıbala Abutalıbovdan yüz milyon istəyirlər” başlıqlı yazı ajiotaj yaradıb

Hacıbala Abutalıbov məsələ ilə bağlı Unikal.org-a zəng edərək , barəsində yayılan informasiyaya mövqeyini bildirib:

“Mənə yalnız bir qadın sahibkar müraciət edib. Həmin qadın sənədlərini mənə şəxsən təqdim etdi. Biz həmin sənədləri tam şəkildə araşdırdıq. Yüksək ixtisas sahibləri və mütəxəssislərlə müzakirə elədik. Həmçinin, tikintiyə icazəni hazırlayan Azərbaycanda yüksək mütəxəssis kimi tanınan Nadir Adıgözəlov keçmişdə Bakı Baş Tikinti İdarəsində yüksək vəzifələrdə işləyən, çox təmiz bir insan tərəfindən də yoxlanıldı. Müəyyən olundu ki, sərəncam qanunidir. Bütün tikinti təşkilatları, nazirlik, komitə, şirkətlər tərəfindən müsbət rəylər alınıb. Tikintinin aparılması qanuni sənəd kimi, hətta nişan da verilib. Heç bir qanun pozuntusu yoxdur. Bununla əlaqədar olaraq şəxsən mən Nazirlər Kabineti adından imzaladım. Sənədləri Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova göndərdim ki, tikintinin aparılması qanunidir. Yəni, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı kimi mən imzaladığım sənədlə bağlı hər hansı problem yoxdur. Ona görə də həmin qadın çox sevinclə mənim yanımdan ayrıldı. Tikinti işləri bu gün də davam etdirilir. Qalan sahibkarların da hər hansı biri müraciət etsə, mən onlara müsbət cavab verərəm. Onlara üzümü tutub deyirəm ki, imzaladığım sərəncamlar qanunidir. Çünki Bakı Şəhər İcra Hakmiyyətinin başçısı işlədiyim zaman tikintiyə icazə sənədi hazırlayan şöbə müdiri Nadir Adıgözəlov tərəfindən hazırlanmış o sənədlər tam qanunlara uyğundur. Tərəfimdən sərəncam verdiyim həmin sənədlərlə sahibkarlar tikinti apara bilərlər. Burada ikinci söz ola bilməz. Bir daha diqqətə çatdırıram ki, icra başçısı olduğum zaman imzaladığım bütün sərəncamlara özüm cavabdehəm”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar