Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suraxanıda 10 milyonuncu sakinin dünyaya gəlməsi təntənəli qeyd edilib

2019-cu il aprelin 6-da Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi Suraxanıda silsilə tədbirlərlə qeyd edilib

Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, YAP Suraxanı Rayon Təşkilatının fəallları, ictimaiyyətin nümayəndələri Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə əvvəlcə Neftçilər parkında 300 ağac əkmişdir. Aksiyada 240 nəfər iştirak edib.

Daha sonra Azərbaycanın 10 milyonuncu sakininin anadan olması münasibətilə Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda Ulu Öndərin abidəsinin önündə rayon gənclərinin iştirakı ilə “On milyon” adlı fləşmob təşkil edilib.

Azərbaycanın 10 milyonuncu sakininin anadan olması münasibətilə Heydər Əliyev parkında təşkil olunmuş konsertdə tanınmış incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış edib. Konsertdə qeyd olunub ki, Aprel ayı Azərbaycan xalqı üçün zəfər ayıdır. Bu günlər Azərbaycan ictimaiyyəti 2016-cı ilin aprelində baş vermiş və ordumuzun şəksiz qələbəsi ilə nəticələnmiş məşhur “dördgünlük müharibə”nin – Aprel zəfərinin üçüncü ildönümünü qeyd edir. Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır. Güclənən Azərbaycan, qüdrətli Azərbaycan, əhalisinin sayı durmadan artan Azərbaycan mənfur düşmənimiz üçün daim qorxu mənbəyidir. Azərbaycanda hakimiyyət və xalq arasında monolit birlik var. Xalq Prezidentini sevir. Prezident isə xalqın mənafeyini hər şeydən üstün tutur. Belə bir ölkənin vətəndaşı olmaqdan qürur duyuruq.

Konsertin sonunda möhtəşəm atəşfəşanlıq olub.

pia.az

Fotolar




Etiket: Suraxanı

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Ən çox oxunanalar