"Böyük Britaniya Avropa İttifaqından (Aİ) çıxmasınını şərtləri və vaxtı barədə təcili olaraq aydın mövqe tutmalıdır"
Bunu Fransa XİN rəhbəri Jan-İv Le Drian "G7" ölkələrinin xarici işlər nazirlərinin Dinar şəhərində (Fransanın qərbi) keçirilən görüşü zamanı deyib.
Nazir bildirib: "Hazırki vəziyyət daha davam edə bilməz, Fransanın mövqeyi budur. Ümid edək ki, xanım Mey Aİ-nin aprelin 10-da keçiriləcək sammitində onu təqdim edəcək və o, martın 21-də Aİ sammitində müəyyən olunan şərtlərə əsaslanacaq".(Trend)
pia.az