Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mey: "Britaniya Avropa İttifaqından çıxmaya bilər"

Böyük Britaniyanın baş naziri parlament və hökumətin Brüsselə razılaşma üzrə kompromisə gəlməyəcəyi halda ölkənin ümumiyyətlə, Avropa İttifaqından çıxmasının mümkün ola bilməyəcəyini bəyan edib

ONA-nın London bürosunun məlumatına görə, bu barədə T. Meyin ofisi məlumat yayıb.

Baş nazir parlamentin Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına mane olduğunu dərk etməli olduğunu vurğulayıb: “İndi bizim qarşımızda Avropa İttifaqından razılaşma əldə edilmədən çıxmaq, yaxud ümumiyyətlə, Avropa İttifaqının tərkibində qalmaq seçimləri durur. Mən mövqeyimdə qalıram. Biz Brexit-ə nail olmalıyıq və bunun üçün də müqavilə şərtlərini razılaşdırmalıyıq. Parlamentdə mübarizə nə qədər uzun davam etsə, Böyük Britaniyanın Avropa İttifaqının tərkibində qalmaq riski bir o qədər artır. Böyük Britaniya xalqı Avropa İttifaqının tərkibindən çıxmağı dəstəkləyib, buna yol vermək olmaz. Mən bu həftə yenə Brexit-lə bağlı müəyyən vaxt ayrılması üçün Brüsselə səfər edəcəm”.

Qeyd edək ki, T. Mey Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının iyunun 30-ə qədər uzadılması ilə bağlı Brüsselə məktub göndərib. Əgər parlament Brexit-ə dair razılaşmanı dəstəkləyərsə, Böyük Britaniya mayın 23-nə – Avropa Parlamentinə seçkilər keçirilənə qədər Avropa İttifaqından çıxa bilər. Hazırkı razılaşmaya görə isə Böyük Britaniya aprelin 12-dək Avropa İttifaqından çıxmalıdır.

Avropa İttifaqı aprelin 10-də Brexit-lə bağlı təcili sammit keçirəcək.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar