Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əlcəzair və Ukrayna “baharı” - Madam ki, xalq belə istəyir...

Şimali Afrikadakı və Orta Şərqdəki “Ərəb baharı”nın ağır nəticələrinə qarşı “Əlcəzair baharı”nın ortaya çıxmasını izləməyə dəyər

Sami Kohen,
“Milliyyet” qəzeti, Türkiyə, 5 aprel 2019-cu il

6 həftə ərzində xalq 20 ildir hakimiyyətdə olan dövlət prezidentinin istefaya getməsi tələbi ilə küçələrə axışıb.

Cəmiyyətin müxtəlif təbəqələrindən olan yüz minlərlə şəxs demokratik bir rejimin qurulmasını tələb edərkən ordunun və ya polisin hər hansı bir müdaxiləsi olmayıb, heç kimə zərər dəyməyib.

Bəli, Əlcəzairdəki bu xalq hərəkatı “bahar havası” içində baş verib.

Beşinci dəfə dövlət prezidentliyinə namizəd olan 82 yaşlı (və xroniki xəstə) Əbdüləziz Buteflika sonunda geri çəkilməyi qəbul etdi. Bu qərarında, şübhəsiz, xalqın ayağa qalxması qədər, ordunun təzyiqi də böyük rol oynadı. Silahlı Qüvvələr Rəisinin bir ultimatum dəyərində olan xəbərdarlığı da son nöqtəni qoydu.

Bu istefa açıq-aydın göstərir ki, Əlcəzair xalqı qarşıdurma olmadan, sülh içində öz iradəsini nümayiş etdirə bildi. Nəticədə, bu, “küçədəki adamlar”ın uğuru hesab oluna bilər. Lakin aydındır ki, Əlcəzairdə ordunun da xalqla birlikdə demokratiya üçün gücünü göstərməsinin böyük önəmi var.

Buteflikanın istefası ilə əslində yeni bir “Əlcəzair baharı” başlayır. Ölkənin qarşısında necə davam edəcəyi bilinməyən çətin bir yol var. Buteflikanın buraxdığı iqtidarı 3 ay ərzində müvəqqəti olaraq senat idarə edəcək. Bu müddət ərzində bir tərəfdən yeni seçkilər üçün hazırlıq gedəcək, digər tərəfdən də bəzi qanun islahatları həyata keçiriləcək.

Buteflikanın geri çəkilməsi küçələrə axışan insanları çox xoşbəxt edib. Amma bir çox şəxs bunun kifayət olmadığını düşünür və rəhbərlikdən köklü dəyişikliklər gözləyir.

Bu müddətdə ordunun necə hərəkət edəcəyi, hakimiyyət uğrunda mübarizə aparıb aparmayacağı çox önəmlidir. Xalqın indiyə qədər göstərdiyi bərabərliyi və sağlam düşüncəni davam etdirib etdirməyəcəyi də sual doğurur.

Şimali Afrikadakı və Orta Şərqdəki “Ərəb baharı”nın ağır nəticələrinə qarşı “Əlcəzair baharı”nın ortaya çıxmasını izləməyə dəyər.

Prezidentlik komediyası

Vladimir Zelenski Ukraynanın ən populyar komediya ustasıdır. Xüsusi bir TV kanalında “Xalqın xidmətçisi” başlıqlı bir serialdakı məzəli obrazı onu bütün ölkədə məşhur edib.

41 yaşındakı aktyor şərəfli bir müəllimin təsadüfən prezident olması ilə bağlı bir hekayəni canlandırır.

Maddi problemlərdən və xüsusilə, qanunsuzluqdan bezmiş olan ukraynalılar Zelenskini bu rolunda bir qəhrəman və ya xilaskar kimi görünür.

Bu populyarlıqdan yararlanan aktyor heç tərəddüd etmədən Ukraynadakı prezident seçkiləri üçün namizədliyini irəli sürüb. Adam gülməli görünə bilər, amma haqsız deyil. Bazar günkü seçkilərdə bir çox namizəd arasında birinci olub. İlk sırada əsas rəqibi olan sonuncu prezident Petro Poroşenko ilə aprelin 21-dəki ikinci turda yarışacaq. Anketlər göstərir ki, Zelenskinin rəqibi qarşısında şansı yüksəkdir.

Bir komediya aktyoru prezident ola bilərmi, deyə sual verməyin. İndiyədək dünyanın bir çox demokratik ölkələrində belə kimlərin prezident olduğunu görmüşük. Madam ki, xalq belə istəyir, o zaman niyə bir komediya aktyoru lider olmasın?..

Çox gülməlidir?..

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar