Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AKP-CHP ittifaqı ABŞ-ın önünü necə kəsmişdi? - Araşdırma

ABŞ bu dəfə Ankaradan intiqamını ala bləcəkmi?

Ergün Diler

“Takvim”, Türkiyə, 03 aprel 2019-cu il

Çox adam baş verən hadisələri formal olaraq dəyərləndirir. Uduzanlar məyus olur, qalib gələnlər isə sevinir. Bəlkə, bu da təbiidir. Sözüm yoxdur. Ancaq düşünürəm ki, oyunu, ssenarini anlamaq daha önəmlidir.

Ərdoğan ibtidai sinif şagirdlərinə oxuduğu bir şeir üzündən təhlükəli hesab edildi, həbsə göndərildi. Sonra çıxıb gəldi və partiyası ilə birlikdə qalib gələrək baş nazir və prezident kürsüsünə oturdu. Ən başdan Ərdoğana etiraz edən güc, yəni onu həbsə göndərən struktur irəliləməsini istəmirdi. “Dursun, daha irəliyə addım atmasın” deyirdi. O zaman atılan manşetləri gözünüzün önünə gətirin.

İstanbul sərmayəsi Ərdoğanı manşetlərdən pulla vururdu. Bələdiyyə sədri olduğu müddətdə durdurmaq və bitirmək istəyirdilər. Bu, dəqiqdir. Məncə, kimsə buna etiraz etməz.

Davam edək. Ərdoğan yüksələrkən partiyası TBMM-də birinci partiya idi, lakin özü kənarda qalmışdı. Çünki qadağası vardı. Dəniz Baykalın dəstəyi ilə bu maneə aşıldı və o, millət vəkili oldu, Baş nazir olaraq kresloya oturdu.

ABŞ İraqa girmək istəyirdi. Ancaq arxa planda daha uzun vədədə Türkiyəyə soxacağı hərbçilərlə və daxildəki tərəfdaşları ilə İranı da hədəfə qoyub əməliyyat keçirəcəkdi. Doğrusu, “İran dosyesi” sonra ortaya çıxdı. Ərdoğan ABŞ-ın strateji tərəfdaşlığına etiraz etmədi.

Anlamağa çalışdı. Çox yerdə birlikdə olmaq fikrinə uzaq da deyildi. Ancaq Abdulla Güllə Dəniz Baykal ABŞ-ın hərbçi gətirməsinə, yəni TBMM-in bu barədə razılıq qərarı verməsinə şiddətlə qarşı çıxırdı.

Abdulla bəy regionda ABŞ-la əlaqə qurmağı, birlikdə yürüməyi çox da uyğun görmürdü. Nöqsanlarını da sıralayırdı. Dəniz bəy də onun kimi. Nəticədə, AKP və CHP-nin töhfəsilə ABŞ buralara enə, gələ bilmədi.

Təbii, o mərhələdə rol oynayanlarla hesablaşmaq üçün, – daha çox daxildəki aktyorlardan istifadə edərək, – əlindən gələni də etdi.

Tayyib bəy regionda ABŞ-la əməkdaşlığa isti baxsa da, hər bir hadisənin altından özünə doğru uzanan bir iz görürdü. ABŞ-ın gücü az deyildi. İllərdir burada at çapırdı. Partiyanın bağlanması davası gündəliyə gəldi. Ancaq AKP hərbçi məhkəmə üzvünün səsi ilə, 5-ə qarşı 6 səslə qurtuldu. İndi unutmuşuq, ancaq durum belə idi. Hərbçi məhkəmə üzvünün səsi AKP-dən daha çox Ərdoğanın önünü açırdı. Partiya bağlansa da, partiya daxilində ayaqda qalanlar olacaqdı. Lakin onların arasında Ərdoğan olmayacaqdı. Yəni, partiyanın bağlanması Ərdoğanı bitirməyin digər bir yolu idi.

Vaxt keçir, ABŞ hərbçiləri Süleymaniyyədə türk hərbçilərinin başına çuval keçirir, əslində, türk-amerikan əlaqələri qopurdu. Əlaqələrin qırılmasını anlamaq baş verən bir sıra böyük böhrandan sonra mümkün olurdu. Bu arada hərbçilərin 2007-ci il memorandumu gəlirdi. Abdulla bəy prezident olmaq istədiyini açıqlayır, heç kimin onu durdura bilməyəcəyini elan edirdi. Təbii, haqqı idi. Və haqlı idi. Ancaq hərbçilər qırmızı işiq göstərdilər. Əslində türk ordusu ABŞ-ın Türkiyəyə hərbçi gətirməsi üçün TBMM-in razılıq qərarı verməsinə qarşı iş aparan Abdulla bəyə “Dur!” demə niyyətini ortaya qoyurdu. 2007-ci ilin memorandumu ABŞ-ın səsi kimi idi. TBMM-in 01 mart 2003-cü ildə razılıq qərarı verməsinə qarşı iş aparan Abdulla Gülü durdura bilməyənlər dolaşaraq gəlir və onun prezident kreslosuna oturmasını hərbçilər vasitəsilə əngəlləməyə çalışırdılar. İntiqam almaq istəyirdilər. Ancaq bacarmadılar. Olmadı. Ala bilmədilər.

Abdulla bəylə birlikdə hərəkət edən daha biri vardı – Dəniz Baykal. Dəniz bəy də aradan bir neçə il keçəndən sonra kasetlə gedir, aradan götürülürdü. TBMM-in razılıq qərarı verməsi üçün bir daha addım atılmış, bu dəfə nəticə alınmışdı. “Kaset işləri” başlayınca çarx durmurdu. MHP-yə qədər irəliləyirdi. Oradan da millət vəkilləri bir-bir ayrılırdı. Bitirmə prosesi gedirdi. Axırda bir internet saytından işi Dövlət bəyə qədər uzadacaqlarını açıqladılar. MHP lideri Dövlət bəy də çıxdı meydan oxudu. Dünyanın gözlərinə baxa-baxa əsdirilən bu çirkin rüzgarı sakitləşdirdi.

Əslində, ABŞ TBMM-in 01 mart 2003-cü ildə razılıq qərarı verməməsinin intiqamını Məclisi buraxdıraraq almaq istəyirdi. Qarşı çıxan bütün millət vəkilləri hücuma məruz qalmışdılar. Ankara qaynaqlı göstərilməklə sızdırılan “WIKILEAKS” qeydlərinə heç toxunmuram. Bir əl siyasəti kirlədir və sərtləşdirirdi.

Ankara rəsmən titrəyirdi. Daha sonra qopacaq fırtınalarda hərbçilər də hədəfə alınır və kənara atılırdı. Bunların hamısı ağrılı olurdu.

Abdulla bəy prezident kürsüsünə oturunca da, bütün oxlar Ərdoğanı daha çox hədəfə alırdı. AKP-ni bağlama davası ilə ondan xilas olmağı bacara bilməyənlər indi hər bir fürsətdə hər bir tərəfdən onun üstünə gəlirdilər. Son 10 ilə baxmanız yetər. Oslodan MİT-çilərin saxlanmaq istənməsinə, Ərdoğanın əməliyyat olmasından maşınının içində qalmasına, iş yerinə qulaq asılmasından təhdid olunmasına qədər baş verənləri, əlbəttə, unutduq. Dəyişdirilən, kənarlaşdırılan mühafizəçilərdən çoxunu xatırlamırıq belə. Ancaq çoxu ciddi səbəblərə görə səhnədən enməyə məcbur olurdu.

Ankara hücumlara qarşı müqavimətini artırarkən iqtidar olan AKP-də də dəyişikliklər durmadan davam edirdi. Ərdoğan başlanğıcda birlikdə hərəkət etdiyi dostlarından ayrılmağa məcbur olurdu. Ərdoğanın da, Ankaranın da mövqeyi getdikcə daha dəqiq olurdu. Ankaraya edilən hücumlar artır, Ərdoğan və yanında qalanlar da buna dirənirdi. Hər kəs “Bu dəfə qəti getdi. Buradan çıxa bilməz” deyərkən, Ərdoğan Baş nazir olaraq necə irəliləyəcəyini bilirdi. Xaricdən hücum edənlərin çox adamı içəridə idi. Oğru evin içində olduğu halda, təbii, qıfıl da bağlanmazdı. Buna rəğmən, yürüş davam edirdi. Hətta Ərdoğan artan, şiddətlənən hücumlar qarşısında daha da aqressivləşir və lazım olan hər şeyi edirdi. Doğrusu, düyünün çözüldüyü, açıldığı yer də burası idi.

Hücum edənlərin qərargahı belə cavab veriləcəyini gözləmirdi. Yanıldıqları nöqtə Ərdoğanın necə refleks verəcəyi idi. Sanırdılar ki, Ərdoğan qorxub əl çəkəcək, ancaq o, gücünü toplayıb cavab verirdi. AKP qurulduğundan bəri bu sunami ilə mübarizə aparırdı. Daxildə olanları da yolda tanıyır və hesablaşırdı. Buradakı məyusluq da, təəccüb də çox yüksək səviyyədə idi. Bütün hücumlara rəğmən, Ankara təslim olmur, Ərdoğan getmir, Türkiyə bir bütün olaraq yoluna davam edirdi.

Və yenə davam edəcəkdi. Ancaq hücumlar daha da şiddətlənəcəkdi. Çünki “Ərdoğanlı Türkiyə”nin yeri, mövqeyi hücumçuların mərkəzi qərargahını narahat etməklə qalmır, bütün oyun planlarını pozurdu. Türkiyənin ən dəyərli yanı dünyada tutduğu mövqe idi. Yəni, Qərbləmi, yoxsa Şərqləmi birlikdə olması idi.

Ankara bu hücumlardan sonra, son 15 ildə artan ssenarilərlə bağlı olaraq, “Dünya yenidən qurular və Türkiyə orada yerini alar” dedi. Bunu elan edincə də qarşıdakılar gəlməyə davam etdikləri kimi, bundan sonra da gələcəklərini açıq şəkildə ortaya qoydular.

Türkiyə dövlətinin davamlılığı – gələcəyi problemi, əslində, son bir həftədə, bir ayda və ya bir ildə başlayan bir şey deyildi. “Çuval hadisəsi” ilə birlikdə Süleymaniyyədə rəsmən başladı.

Biz evimizin qarşısına gələn dalğaları yenə görürük. Baxın, ABŞ “Brexit” vasitəsilə İngiltərəni kənarda saxlayaraq, NATO üzvü olan ölkələrə şillə atmaq istəyir. Niyyəti budur. Onun silah sistemlərindən kənara çıxanlara hesab ödətmək istəyir. Türkiyə də bu kateqoriyaya daxildir. Bu səbəblə, satınalmalar başladı.

Suriyanın şimalına enmək üçün günləri sayırlar. Bu hadisələr haqqında buralarda danışılmır, yazılmır. Lakin adamların fikrində TBMM-in qərarı ilə gələ bilmədikləri yerə gəlmək niyyəti vardır. Artıq bunu anlasaq yaxşı olar.

Bu səbəblə, kimə və nə üçün dəstək verməyimiz, heç zaman olmadığı qədər, dəyərlidir. Düşünək və Ankaranın ətrafında birləşək.

Unutmayın, biz bilməsək də adamlar hərəkətə keçdi. Hazırlıqlar son sürətlə davam edir. Sizcə, Ərdoğan nə üçün “Menbiçə girəcəyik!” deyir. Çünki biz ora getməsək, onlar bura gələcək…

Tərcümə Strateq.az

pia.az


Etiket: AKP CHP ABŞ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar