Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ekspert: "Bakıda Türkiyə hərbi bazası qurulsun"

"Son dönəmlər erməni rəsmilərinin Azərbaycana yönəlik təhdid, hətta aşağılayıcı hərəkət və açıqlamaları, Paşinyanın tez-tez Qarabağ səfərləri, Tonoyanın çıxışları Azərbaycanda haqlı iradlar, etirazlar, narazılıqlarla qarşılanırdı"

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, Aprel müharibəsinin ildönümündə Azərbaycan Prezidenti, Birinci vitse-prezident və Müdafiə nazirinin keçirdiyi görüşlərdə verdiyi açıqlamalar cəmiyyətdə müsbət qarşılandı. Azərbaycan rəsmilərinin "Bizi İrəvanda görəcəksiniz", "Qarabağın hər kəndində Azərbaycan bayraqları asılacaq", "Türkiyənin hərbi əməliyyatlar təcrübəsindən istifadə etməliyik" kimi çıxışları, düşmənə yönəlik kəskin cavabları ictimayyətdə müsbət qarşılandı".

Politoloq vurğulayıb ki, 2019-cu ili Qarabağ müharibəsində Azərbaycan "sınma ili" sayır:

"Status-kvonun Azərbaycanın xeyrinə dəyişməsi üçün düşmənə bu il daha genişmiqyaslı Aprel yaşatmalıyıq. Buna hazırlıq çərçivəsində Azərbaycan və Türkiyə arasında rəsmi müttəfiqlik səviyyəsində siyasi-hərbi doktrina imzalanmalıdır. Azərbaycan əraziləri Naxçıvan və Abşeronda türk zabit və əsgər heyəti üçün hərbi bazalar qurulmalıdır. Türkiyə və Azərbaycan orduları birlikdə sərhədlərin mühafizəsinə başlamalıdır. Qüds və Qolan təpələri çox təhkükəli nümunələrdir. Azərbaycan bu il ərazi bütövlüyünə qovuşmalıdır. Artıq vaxt itirməməliyik".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar