Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransada imperator Napoleonun taxtı satışa çıxarılıb

Hərrac aprelin 7-də 1814-cü ilin baharında taxtdan imtina edən imperatorun öz qvardiyası ilə vidalaşdığı fransız monarxlarının tarixi iqamətgahında - "Fontainebleau" sarayında keçiriləcək

İmperator kürsüsünə 80 min avro start qiyməti qoyulub.

Napoleon dövrünün əntiq əşyaları yüksək qiymətləndirilir. Bundan başqa, avqust ayında Napoleon Bonapartın (1769-1821) Korsikada anadan olmasının 250-ci ildönümü tamam olacaq.

İndiyədək belə hesab edilirdi ki, Napoleonun 5 taxtı mövcud olub. Onlardan biri "Tuileries" sarayında, digəri imperatorun sevimli iqamətgahı - "Saint-Cloud" sarayında, üçüncüsü Senatda, dördüncü Qanunverici Korpusda (indiki Milli Məclis), beşincisi isə Paris meriyasının binasındadır.

Satışa çıxarılan kürsü isə imperatorun altıncı taxdıdır. Lotun tarixi sənədləşdirilib. Onun XIX əsrin sonlarında amerikalı filantrop Maykl Henri de Yanq tərəfindən San-Fransisko şəhərinin Təsviri İncəsənət Muzeyinə hədiyyə edildiyi iddia olunur.

"Ekspertlərimiz həmin lotu 6 ay ərzində tədqiq ediblər və onun Napoleona aid olmasına heç bir şübhəmiz qalmayıb", - deyə "Osenat" satış evinin əntiq əşyalar şöbəsinin kuratoru Jan-Kristof Şatenye "Liberation" qəzetinə müsahibəsində bildirib.

Qeyd edək ki, iki il bundan öncə "Fontainebleau" sarayında keçirilən hərracda monarxın üçbucaq papağı təxminən 2 milyon avroya satılmışdı.(azərtac)

pia.az


Etiket: Fransa Napoleon

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar