Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əlcəzair kəşfiyyatının rəhbəri istefaya göndərilib

Əlcəzair kəşfiyyatının rəhbəri Atman Tartaq hökumət əleyhinə aksiyalar fonunda bu gün istefaya göndərilib

“Ən-Nahar” qəzeti xəbər verir ki, onun istefası barədə qərar Əbdüləziz Buteflikanın prezidenti postundan getməsindən sonra ölkənin müvəqqəti hökuməti tərəfindən qəbul edilib. Əlcəzair ordusunun sabiq generalı olan Trataq prezident Buteflikaya aktiv dəstək verənlər şəxslərdən biri idi.

Xatırladaq ki, hökumət əleyhinə bir aydan çox davam edən kütləvi aksiyalardan sonra martın 2-də Əbdüləziz Buteflika prezident postundan istefa verdiyini bildirib. Növbəti gün Əlcəzairin konstitusiya şurasının üzvləri onun istefasını rəsmən təsdiqləyib.

Ölkə Konstitusiyasına əsasən, bundan sonra Xalq Şurasının (yuxarı palata) sədri 90 gündən çox olmayaraq dövlət başçısı vəzifələrinin icra etməlidir. Hazırda bu postu Buteflikanın silahdaşı Əbdülqadir Bensaleh tutur.

Bu gün Əlcəzairin paytaxtında hökumət əleyhinə ilk miqyaslı etirazlar başlayıb. Nümayiş iştirakçıları Buteflikanın bütün silahdaşlarının, o cümlədən Baş nazir Nurəddin Beduinin, həmçinin bundan sonra ölkə prezidentinin səlahiyyətlərini icra etməli olan Bensalehin istefasını tələb edirlər.(virtualaz.org)

pia.az


Etiket: Əlcəzair

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Ən çox oxunanalar