Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan iki od arasında - Yunanıstan Rusiyadan S-300 ala bilər, Türliyə S-400 ala bilməz?..

NATO üzvü olan Bolqarıstan da Yunanıstan kimi S-300 raketlərinə sahibdir...

Hüseyn Macid Yusif,
“Yeniçağ” qəzeti, Türkiyə, 4 aprel 2019-cu il

Türkiyə ilə ABŞ arasında uzun bir müddətdir gündəmdə olan Türkiyənin Rusiyadan S-400 alması məsələsindəki anlaşmazlıq çıxan xəbərlərlə birlikdə yeni bir mərhələyə keçib. ABŞ F-35 hərbi təyyarələrinə aid olan hissələrinin Türkiyəyə təslim edilməsini təxirə salıb. Son dönəmlərdə Türkiyə ilə ABŞ arasında bir çox məsələdə “uyğunsuzluq” var və bu iki “ortaq” arasındakı münasibətlər, xüsusilə də, ABŞ-ın mövqeyinə görə çətin vəziyyətdədir.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Türkiyənin Rusiyadan S-400 havadan müdafiə sistemlərini almaq qərarını səbəb kimi göstərərək “F-35”, “F-35 Lightning II” qırıcılarına aid təlimləri və ehtiyat hissələrin çatdırılmasını təxirə saldığını açıqlayıb.

Bu, gözlənilən idimi?

Bəli, ABŞ-ın bu məsələdə istər Konqresdə, istərsə də, Pentaqonda Türkiyəyə qarşı hazırlıqlar etdiyi məlum idi.

“Reuters”-ə açıqlama verən Pentaqon nümayəndələri bu durumun Türkiyəyə qarşı “F-35” embarqosu məsələsində ilk konkret addım olduğunu bildiriblər.

30 ədəd “F-35A Lightning II” qırıcısı sifariş verən Türkiyə ilk 2 ədəd “F-35” qırıcısını 21 iyun 2018-ci ildə alıb. Türkiyənin 2019-un martında alması planlanan 3-cü və 4-cü nəsil “F-35” qırıcıların “Lockheed Martin” şirkətində test edilərkən görüntüsü çəkilib, lakin onlar mart ayı ərzində Türkiyəyə çatdırılmayıb.

Türkiyə “F-35” qırıcılarının bəzi hissələrini istehsal edir. Pentaqon nümayəndəsi bildirib ki, onlar buhissələrlə bağlı problem yaşamamaq üçün başqa ölkələrlə də əməkdaşlıq edə bilərlər.

ABŞ Türkiyənin S-400 havada müdafiə sistemlərini almaq qərarına görə xeyli narahatdır. Amerika bu sistemlərin əvəzinə Türkiyənin “Patriot” hava müdafiə sistemlərini almasını məsləhət görüb. Pentaqon bununla bağlı Ankaranın martın sonuna qədər qərar verərməsini istəmişdi. Lakin mövcud plana əsasən, Rusiya S-400 raketlərini Türkiyəyə iyul ayından etibarən çatdırmağa başlayacaq. Ona görə də Ankara ABŞ-ın bu təklifini gecikmiş bir həmlə kimi qəbul edib. Türkiyə verdiyi açıqlamada bildirib ki, S-400 idxalı plana uyğun şəkildə həyata keçiriləcək, lakin ABŞ-dan “Patriot” alınması üçün də danışdıqlar başlaya bilər.

Yunanların S-300-ləri Kritdə

Rus istehsalı olan havadan müdafiə raketlərinin Türkiyə tərəfindən alınmasına ABŞ-ın “NATO Birliyinə zərər verəcək”, deyə qarşı çıxması imperializmin ikili standartlarına bir nümunə ola bilər. Yadınızdadırsa, 1987-ci ildə Kipr Rəhbərliyi Rusiyadan S-300 raketləri almış, Türkiyənin reaksiyası ilə həmin sistemi Yunanıstana təhvil vermiş və raketlər Krit adasına yerləşdirilmişdi.

NATO üzvü olan Yunanıstanın sözügedən raketləri 25-ci Zenit Donanmasına daxil etməsi bir faktdır və ona görə də Türkiyəyə qarşı təhdid yaratmasına səs çıxarmayan ABŞ-ın və Qərbin S-400 almağa hazırlaşan Türkiyə əleyhinə reaksiya vermələri yersizdir.
NATO üzvü olan qonşumuz Bolqarıstan da S-300 raketlərinə sahibdir.

Türkiyə-ABŞ problemləri

Türkiyə, xüsusilə, bölgəmizdə Suriya, İraq və Aralıq dənizinin şərqində ABŞ-ın hegemonluğuna qarşı çıxaraq planlarını pozmuş, Rusiyaİranla qurduğu yaxın münasibətlə də ABŞ-ın marağını çəkmişdir.

Türkiyə və ABŞ arasında Suriya hadisələri, ABŞ-ın terror təşkilatlarına dəstək verməyə davam etməsi, İran, İsrail, keşiş Branson və həbs olunmuş konsulluq işçiləri, Fətullah Gülənin geri qaytarılması, “Xalq bank” və Venesuela kimi məsələlərə görə problemlər var. ABŞ-ın son dönəmlərdə Kiprə və regionumuza da marağı artıb. Xüsusilə enerji məsələlərində Türkiyə əleyhinə olan ittifaqlara dəstək verməsi diqqət çəkir.

Kipr və Şərqi Aralıq dənizi

ABŞ guya Kipr Respublikasının müstəsna iqtisadi bölgəsindəki karbohidrogen axtarışları fəaliyyətlərini dəstəkləyir, lakin Kipr türklərinin də haqları olduğunu qəbul etməklə yanaşı, Nikos Anastasiadisin böhran yaradan siyasətini də dəstəkləyir.

Amerika şirkəti “Exxon Mobile”in bölgədə əldə etdiyi imtiyazların dəyərləndirilməsi üçün ABŞ-ın bölgəyə hərbi gəmiləri göndərməsi regionda hərarətin yüksəlməsinə səbəb olur.

Cənubi Kiprin Misir, İsrail və Yunanıstanla yaratdığı şər ittifaqlarına ABŞ-ın verdiyi dəstək hələ də davam edir. Keçən müddətdə Qüdsdə baş tutan İsrail, Yunanıstan və Kipr Respublikasının zirvə toplantısında ABŞ Dövlət katibi Mayk Pompeo da iştirak edərək Vaşinqtonun açıq dəstəyini ortaya qoymuşdur.

Bəzi diplomatik qaynaqlar bildirib ki, ABŞ Kiprdə hərbi baza tikmək üçün ərazi istəyib və qarşılığında da Kiprə tətbiq etdiyi silah embarqosunun ləğv edilməsi ilə bağlı hüquqi təminat verib.

Lakin bütün bunlara baxmayaraq ABŞ-ın regionumuzdakı siyasəti və seçimləri Türkiyə ilə toqquşma ehtimalını yaratsa da, ABŞ-ın iqtisadi kommersiya manipulyasiyaları və hərbi layihələrin təxirə salınmasından başqa, çox da sanksiya tətbiq etmək variantı olmadığı üçün sonda Türkiyə kimi güclü bir müttəfiqi tamamilə itirməyi gözə almayacağı da bir həqiqətdir.

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar