Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan İnönüdən necə bir demokratiya dərsi almalıdır?

Belə bir şəraitdə Ərdoğanın özü prezidentlikdən istefa verib İstanbulda namizəd olsa idi, heç bir nəticə ala bilməyəcəkdi...

M. Ayxan Qara,
“Oda tv” qəzeti, Türkiyə, 3 aprel 2019-cu il


Martın 27-də “Oda tv”-də yazdığım bir təhlildə CHP lideri Qılıncdaroğlunun “konkret uğur meyarlarını” müzakirə etmiş və Ankara, Adana, Mersin, Antalyada CHP-nin qalib gələcəyini, İstanbulda davam edən yarışda Əkrəm İmamoğlunun qalib gəlməsinin gözlənilməz olmayacağını qeyd etmişdim. CHP-nin Bursada qalib gəlməsinin isə İstanbuldan daha çətin olduğunu qətiyyətlə bildirərək önə sürmüşdüm ki, onsuz da burada da qalib gələrsə, ümumi iqtidara bir az daha yaxınlaşacaq.

Beləliklə, nəticələr tam da təhlil etdiyimiz istiqamətdə irəlilədi. CHP sözügedən 4 böyük şəhərdə qalib oldu, İstanbulda da çox az fərqlə yarışı qazandı. Bursada isə CHP-nin gücü çatmadı və 2,5% fərqlə məğlub oldu. Qısacası, Qılıncdaroğlunun qurduğu plan “İyi” Partiya İttifaqı, HDP-yə borc verilən səslərin geri qayıtması ilə birlikdə CHP-ni yerli seçkilərin qalibi etdi.

İstanbul bu nöqtədə çox önəmlidir. Etiraf müddətinin belə AKP-ni zəiflətdiyini qeyd etmək lazımdır. AKP İstanbulda asdığı təşəkkür afişaları ilə daha da zəifləyir. Əkrəm İmamoğlu isə möhtəşəm bir 31 mart gününün axşamı, gecəsi, sonrakı 2 günü və ardınca göstərdiyi performansla, sanki, ulduza çevrilib və hər kəsdən “halal olsun” sədaları yüksəlib. Bu yazını qələmə aldığım zaman aralarında Nəcməddin Ərbaxan olduğu halda, xələf-sələf Prof. Nurəddin Sözənin də olduğu və R. T. Ərdoğanın ötürülməsi ilə bağlı şəkli göstərərək öz vəzifəsinə doğru getməyə davam edib.

İldırımın - AKP-nin İstanbulu itirməsi təəccüblü deyil

İmamoğlunun etdiyi sürprizin arxasındakı təsirlərə bir nəzər salaq. Bu müddətdəki bir nüansı əvvəlcə qeyd edim: “Cümhuriyyət” İttifaqının namizədi Ərdoğan 24 iyundakı səsvermədə səslərin 50%-ni almışdı. İncə, Dəmirdaş, Ağşənər, Qaramollaoğlunun isə ümumi səs faizi 49,8% idi. Heç kim düşünməzdi ki, AKP-nin səslərini ən yüksək səviyyəyə qaldıran Ərdoğanın 50%-ni kimsə yenidən təkrar edəcək. Ona görə də, Ərdoğan özündən sonrakı ən önəmli şəxsi - Binəli İldırımı namizəd kimi İstanbula çıxardı. İldırımın bəri başdan yaranmış könülsüzlüyü də buna görə idi. Uzun müddət nazirlik, prezidentlik və məclis sədrliyi etmişkən “AKP-nin yüksəldiyi şəhər olan İstanbulu itirən” adam olmaq onu narahat edirdi.

Qorxduğu da başına gəlib. Lakin İstanbulda yaranmış mənzərədə AKP rəhbərliyinin iqtisadiyyatda başarısız olması idi ki, kürəkən nazir bu üzdən seçim prossesində qapı arxasında saxlanıldı. Yüksək infilyasiya, işsizlik, bahalaşma, bundan əlavə kin və nifrətə dayanan əks qütbləşdirmə AKP-nin İstanbul məğlubiyyətininin əsas səbəbi oldu.Ərdoğanın səsvermədən aylar əvvəl etdiyi “bağırsaq təmizliyi” də işə yaramadı. Belə bir şəraitdə Ərdoğanın özü prezidentlikdən istefa verib İstanbulda namizəd də olsa, heç bir nəticə ala bilməyəcəkdi.

İstanbulda AKP baxımından səsvermədən sonra 3 gündür ki, trajikomik hadisələr baş verir. Lakin bunların içində ən trajikomik olanı arxasında dövlət, hökumət dəstəyi olan AKP vilayət rəhbərinin CHP-ni səsverməni saxtalaşdırmaqda günahlandırmasıdır!

Elə bir şey baş verməyib, lakin götürək ki, olub. Bəs sən və təşkilatın bunun qarşısını ala bilmədinizmi? Seçki qutularının qarşısında partiya nümayəndəniz və əlavə müşahidəçiləriniz yox idimi? Yəqin ki, Ərdoğan ilk olaraq bu adamın qulağını çəkəcək...

Ərdoğanın İsmət İnönüdən örnək alacağı demokratiya dərsi

Yeri gəlmişkən, çox önəmli bir detalı vurğulamaq istəyirəm. Ərdoğanın məsləhətçiləri bu xəbərdarlığımı nəzərə alıb ona çatdırsa, çox faydalı olar. Məlumdur ki, ölkəmizdə 1950-də ilk əsl çox partiyalı yarış başlamışdı və CHP məğlub olmuşdu. Səsvermə sisteminin də oyunbazlığı ilə CHP içərisindən çıxan DP tək başına iqtidara gəlmişdi.

Nəticələr elan olunmadan əvvəl hərbi qüvvə və kəşfiyyat ünsürü Prezident və CHP sədri İsmət İnönünün yanına gəlib və nə edəcəklərini soruşublar. İnönü isə “Əlbəttə ki, nəticə nədirsə, onu açıqlayacaqsınız”, deyib və bu tarixi addım türk demokratiyasının təməl daşlarından biri olub. İlk sərbəst səsvermə baş tutmuş və nəticəsi alınmış, Türkiyə səsvermə ilə iqtidarın dəyişdiyi bir ölkəyə çevrilmişdi. Atatürkün da cəhd etdiyi, lakin öz dövrünün şəraitinə görə həyata keçirə bilmədiyi, zəif qalmış çoxpartiyalı sistemi reallıqlaşdırmaq İnönüyə qismət oldu. Əgər İnönü o addımı atmasa, Türkiyə də Misir kimi, Suriya kimi bir ölkə olacaqdı və demokratiya standartlarından xeyli geridə qalacaqdı.

Səsvermə gecəsi, ehtimal ki, Bilal Ərdoğanın Qartal İmam Xətibdən dostu olan və “Ərdoğanın adamıyam”, deməkdən çəkinməyən “AA” rəhbərinin saat 23:20-dən etibarən İmamoğlu aradakı fərqi geridə qoyduqca və rəqibi İldırıma yaxınlaşdıqca məlumat axışını dayandırması çox maraqlı haldır. Bu nöqtədə ağla gələn tək ssenari belədir: Deməli, İmamoğlu önə keçməyə başlayıb və “AA” rəhbəri bu mənzərəni ictimaiyyətə göstərmək istəməyib. Lakin iqtidara göstərib ki, onlar da etiraz və cığallıq oyununa hazırlanmağa başlasınlar və zaman qazansınlar. Bu hadisənin başqa bir izahatı ola bilməz.

Yəni 1950-ci il səsverməsindən sonra əsgərlər və kəşfiyyatçılar İnönüyə necə müraciət ediblərsə, ola bilər mi ki, “AA” rəhbəri də Ərdoğana müraciət etmiş olsun? Ola bilməz! Çünki əgər elə bir şey olubsa, onda belə görünür ki, Ərdoğan İnönünün verdiyi cavaba bənzər bir cavab verə bilməyib...

Əkrəm İmamoğlunun səsvermədəki uğurunun hələ də müzakirə olunmasını da bununla izah etmək olar. Zaman qazanmaq, bulanıq suda balıq tutmaq... Halbuki bu mövqe AKP-ni daha da zəiflədir.

APK də, Ərdoğan da Türkiyənin səsvermə ilə hakimiyyətə gəlinən, səsvermə ilə gedilən, inkişaf etmiş bir demokratiyası olan bir ölkəyə çevrilməsinə kömək edəcək?..Yoxsa sabitliyin olub olmaması arasında bir sindrom yaşayacaq?

Ərdoğanın bu nöqtədə bir qərar verməsinə ehtiyac var. Sağlam düşüncə ilə yanaşdıqda orta statistik bir seçici belə düşünür: AKP-ni qurulandan bəri böyük şəhərlərdə, İstanbulda və Ankarada heç müxalifətdə görməmişik, bu dəfə də müxalifətdə görək.

Ərdoğanın başa düşməli olduğu şey budur. Bir düşünün, artıq Əkrəm İmamoğluna və Millət İttifaqına keçmiş bələdiyyə var və 2024-də yenidən maraqlı bir yarış baş verəcək. Bundan mənfəət əldə edən kim olar? Əlbəttə ki, İstanbul...

Seçici nə dedi? Kimi uğura apardı?

CHP-yə edilən “terror” günahlandırması kar eləməyib. Ankaradakı sənəd məsələləri, İzmirdəki qara propaqanda Ağ Partiyaya kömək eləməyib, həm də dovy televiziyasının iqtidarın şepuru olması və medianı işğal etmək istəməsinə baxmayaraq. “Millət” İttifaqı Trakya, Egey və Aralıq dənizi sahilini işğal etdiyi kimi, Qara dənizdə də iki vilayəti, həmçinin, Biləcik, Bolu, Kırşəhər, Burdur, Ərdəhan kimi şəhərlərdə də qalib olub.

Qalib ola bilmədiyi bir çox şəhərdə də səslərini artırıb. “İyi” Partiya heç bir böyük şəhərdə və ya vilayətdə qalib ola bilmədi deyə onu “uğursuz” kimi dəyərləndirmək doğru olmaz. Çünki CHP-nin qalib gəldiyi bir çox yerdə ittifaqın parçası idi. “İyi” Partiya CHP olmadan İstanbul da daxil olmaqla, qalib olduğu bir çox yerdə bunu bacara bilməzdi.

Səsvermədən uğurlu çıxan bir partiya da “Cümhuriyyət” İttifaqının kiçik bir ünsürü olan MHP olub. Baxçalı hələlik AKP ilə birlikdə addımlamağın nəticələrini qazanıb. Çünki AKP-də eroziya böyüdükcə səsvermə keçidi diqqətə alındıqda işinə yarayacağını çox yaxşı bilir və buna fokuslanıb. Ərdoğanın “Cümhuriyyət” İttifaqı olaraq ümumilikdə 51%-ə çatması ilə ovunması artıq boş-boş danışmaqdan o tərəfə keçə bilməz. Ağır bir uğursuzluqla üzə-üzə qaldığı məlumdur.

Seçici Ərdoğana “sarı kart” göstərib. Müxalifətə isə “yaşıl işıq”. Bunun mənası nədir? Seçici Ərdoğana “özünə fikir ver, yaxşı davam etmirsən, üstəlik hərəkətlərin ziddiyyətlidir, hər dəfə də səhv edirsən. Belə getsə, ilk səsvermədə qırmızı kart alarsan və oyundan kənarda qalarsan”, deyib. Müxalifətə isə “Afərin dərsini yaxşı oxumağa başlamısan, yerli rəhbərlərin payını sənə verim və səni yoxlayım. Etibarımı qazansan, ümumi iqtidarı da sənə verə bilərəm”, deyib. Yerli səsvermələrin qısa xülasəsi budur.

HDP-nin sistem içində qalması yaxşıdır, yoxsa pis?

AKP və Ərdoğan üçün səsvermədən qısa müddət əvvəl qeyd etmişdim. Madam ki, davamlılıq problemi var, bəs bu qədər qütbləşdirmənin səbəbi nədir? Həqiqətən də seçici üçün inandırıcı olmadı, davamlılıq ilə qütbləşdirməni yan-yana düşünə bilmədi. Bu da Ərdoğanın məsləhətçilərinin zəifliyini göstərir. Həm də bildirməliyəm ki, HDP-nin sistem içində qalaraq demokratik qaydalar içindəki yarışda birbaşa olaraq və ya olmayaraq iştirak etməsinin zərəri nədir? Yoxsa çox yararlıdır?

Əlbəttə ki, bu problemin həmsöhbəti Ərdoğan və partiyası ilə birlikdə Baxçalıdır. HDP-nin bu və ya digər şəkildə demokratik seçki müddətlərinə və sandığa göstərdiyi maraq demokratiyamız üçün bir sağlamlıq işarəsidir. İki vur iki, dörddür.

HDP-yə könül verən milyonlarla vətəndaş üzünü dağa mı tutsun? Bunu mu istəyirlər? Həm də ki, bu səsvermə hələ son deyil. Gələcəkdə HDP-nin öz namizədləri ilə hər yerdə yerli seçkilərdə iştirak etməyəcəyini ya da başqa bir partiya ilə həmrəy olub, başqa bir iqtidara dərs vermək istəməyəcəyini haradan bilə bilərik?

İndi HDP 7 böyük şəhər və vilayətdə bələdiyyəni idarə edəcək. Seçici oralarda HDP-ni bir daha test edəcək. Hökumət də qanuni çərçivədə işlərini yerinə yetirib yetirmədiyini, təbii olaraq, ölkədəki bütün bələdiyyələr kimi yoxlayacaq.

Bəzi HDP-li və ya HDP-yə yaxın üzvlərinin də böyük şəhərlərdə birdən digər müxalifət partiyalarının siyahılarından bələdiyyə məclislərinə girdiyini nəzərdə tutaq. Qaydalar bəllidir... Nə ola bilər ki? Ayrı-seçkiliyin sonu qaranlıqdır. Qucaqlaşmanın isə terrorla mübarizədə gətirəcəyi müsbət nəticələri təxmin edə bilərik.

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar