Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qələbəyə gedən yol” - Nəsimi rayonunda tədbir

Nəsimi rayonunda 2016-cı il aprel döyüşlərinin növbəti ildönümü münasibəti ilə “Qələbəyə gedən yol” adlı tədbir keçirildi

Nəsimi rayon İcra Hakimiyyətində 2016-cı ilin Aprel döyüşlərinin növbəti ildönümü münasibəti ilə “Qələbəyə gedən yol” adlı hərbi vətənpərvərlik tədbiri keçirilmişdir. Tədbirdə Azərbaycan Tibb Univresitetinin hərbi-tibb fakültəsinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri, rayon məktəblərinin yuxarı sinif şagirdləri, Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin üzvləri, Aprel döyüşləri şəhidlərinin ailə üzvləri, Aprel döyüşləri iştirakçıları, rayon veteranlar cəmiyyətinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Hərbi orkestrin müşayəti və alqış sədaları altında Azərbaycan Respublikasının Dövlət Bayrağı zala gətirildikdən sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və müstəqil Azərbaycanın suverenliyi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi.
Azərbaycan Dövlət Nəfəsli Alətlər Orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, sinələrində 2 Aprel döyüşləri şəhidlərinin şəkillərini tutmuş Nəsimi rayonunun 8, 23 və 42 nömrəli tam orta məktəblərinin yuxarı sinif şagirdləri zala daxil olaraq vətənimizə və torpağımıza sədaqət andı içdilər.

Daha sonra Azərbaycan Silahlı Qüvvələrinin güç və rəşadətindən bəhs edən video çarxın nümayişi tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov çıxış edərək bildirdi ki, 2016-cı ilin Aprel döyüşlərinin baş verdiyi hər bir gün hamımız üçün böyük bir sınaq günləri oldu. Həmin günlər Milli Ordumuzun əsgərləri doğma Vətən torpaqlarının hər bir qarışının bizlər üçün nə qədər əziz olduğunu öz canları və qanları hesabına bir daha sübut etdilər. Qeyd olundu ki, Aprel döyüşlərində əldə etdiyimiz qələbədə vətənpərvərlik tərbiyəsinin əvəzsiz rolu danılmazdır. Qazanılmış bu qələbədə gənclərin yüksək vətənpərvərlik nümayiş etdirməsi, yüksək əhval-ruhiyə sərgiləməsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu gənclər siyasətinin bariz nümunəsidir. 2016-cı ilin Aprel döyüşləri zamanı Milli Ordumuzun hərbiçiləri şəhidlik zirvəsinə yüksələrək öz canları və qanları hesabına hər birimizə çoxdan gözlədiyimiz qələbənin yollarını göstərdilər. 2016-cı ilin aprel ayının 1-dən 2-nə keçən gecədən başlayaraq AzərbaycanErmənistan silahlı qüvvələri arasında baş vermiş dördgünlük müharibə zamanı Azərbaycan Milli Ordusu Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini Füzuli rayonu istiqamətində yerləşən “Lələ təpə” adlandırılan yüksəkliyi, Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi, qısa müddətdə strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələrini Erməni Qüvvələrindən tam azad etdi.

Bildirdi ki, tezliklə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında üç rəngli bayrağımız doğma Qarabağımızın hər bir guşəsində dalğalanacaqdır.

Tədbirdə çıxış edən Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin rəisi-tibb polkovniki, ”Əməkdar həkim” Çingiz Əlləzov Azərbaycan Silahlı Qüvvələrinin Vətənimizin torpaqlarının müdafiəsi uğrunda göstərdiyi qəhrəmanlıq və şücaətlərindən danışdı. Qeyd etdi ki, Aprel döyüşlərində də Silahlı Qüvvələrimizin əsgər və zabitləri torpaqlarımızın müdafiəsi üçün qəhrəmanlıqlar göstərmişlər. Azərbaycan Ordusunun gücü və qüdrətini xüsusi qeyd edən natiq tezliklə işğal altında olan torpaqlarımızın qaytarılacağına əminliyini bildirdi.

Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.

Tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə hazırlanmış “Azərbaycan əsgəri” mahnısı və klipi tamaşaçılara təqdim olundu.

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar