Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Teymur Rəcəbov: "Adətən, belə güclü turnirdə risk az olur"

"Oyunda fərqli gedişlər görmədik"

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess2019" superturnirinin IV turunda Teymur Rəcəbov Hollandiya təmsilçisi Aniş Giriylə heç-heçə oynayıb.

32 yaşlı Qrossmeyster mətbuat konfransında nəticənin ədalətli olduğunu bildirib: "Oyunda fərqli gedişlər görmədik. Bərabər mübarizə getdi. Heç kim üstünlük qazanmadı. Fiqurları dəyişsək belə, vəziyyət düzəlmədi. Belə güclü turnirdə, adətən, risk az olur. Bu mənada, heç-heçə qaçılmaz oldu".

Rəcəbovun rəqibi Aniş Giri də həmkarının dediklərini dəstəkləyib. Onun fikrincə ağlarla oynamasına baxmayaraq, hücum qurmaqda çətinlik çəkdi: "Əslində belə oyunlarda qara fiqurların qarşısını kəsməyi bacarıram. Hücum qurmaqda isə çətinlik çəkdim. Teymur səhv etmədi. Artıq gedişlərimiz təkrar olunacaqdı. Ona görə heç-heçə normal nəticədir. Hər bir şahmatçı qələbə qazanmaq istəyir, sadəcə, həmişə istədiyini əldə etmək olmur".

Qeyd edək ki, Teymur Rəcəbov hazırda 2 xalla 4-6-cı, Aniş Giri isə 1.5 xalla 7-8-ci yerləri bölüşdürür. (report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar