Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

N nömrəli hərbi hissənin əsgərlərinin Tərtər rayonuna ekskursiyası təşkil edilib

"Vətən Uğrunda" səyyar təşviqat dəstəsinin və Tərtər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə N nömrəli hərbi hissənin əsgərlərinin Tərtər rayonuna ekskursiyası təşkil edilib

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, Azərbaycan Ordusunun 2016-cı ilin Aprel döyüşlərində qazandığı qələbənin üçüncü ildönümü münasibətilə hərbi vətənpərvərlik həftəsinə start verilib. Bu münasibətlə "Vətən Uğrunda" səyyar təşviqat dəstəsinin və Tərtər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə N nömrəli hərbi hissənin əsgərlərinin Tərtər rayonuna ekskursiyası təşkil edilib.

Əvvəlcə əsgərlər Tərtər şəhərinin Mərkəzi Meydanında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, sonra tarix-diyarşünaslıq muzeyində xalqımızın tarixini, mədəniyyətini özündə əks etdirən eksponatlarla tanış olublar. Ekskursiya çərçivəsində əvvəllər Dağlıq Qarabağın inzibati ərazisi olmuş Şıxarx qəsəbəsində 2016-cı ilin Aprel döyüşlərində Talış yüksəkliyi istiqamətindəki döyüşlərdə şəhid olmuş 70 hərbçinin şərəfinə ağac əkilən ərazidə qoyulan və hər bir şəhid haqqında məlumatları özündə əks etdirən lövhələri seyr ediblər. Ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində ermənilərin özləri tərəfindən ucaldılmış “Marağa 150” abidəsinin qalıqlarına baxıblar.

Ekskursiya zamanı Tərtər istiqamətində aprel döyüşlərində düşməndən azad olunmuş ərazilərdə ziyarət olunub.

Hərbi qulluqçular xidmət yerlərinə xoş təəssüratlarla qayıdıblar .

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar