Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yönü bilinməyən güllə”: Yuliya Timoşenko siyasi karyerasının sonuna çatıb?

Darina Krasnolutska, Endrü Lenqli

“Bloomberg”, 02.04.2019

Ukraynanın prezident seçkilərində sarsıdıcı məğlubiyyətdən sonra Yuliya Timoşenko köməkçiləri və tərəfdarları ilə birlikdə növbəti seçkilərdə qələbə qazanacaqları ilə təsəlli tapırdı. Bu, 2014-cü ildə idi. Beş il sonra səsvermənin ilk turunda o, üçüncü ardıcıl məğlubiyyətinə uğrayıb. Aprelin 21-də keçiriləcək prezident seçkilərinin 2-ci turu Petro Poroşenko və komediyaçı Volodimir Zelenski arasında olacaq.

Hörüklü sarışın Timoşenko “narıncı inqilab”ın simvol halına gəlib və 15 il ərzində beynəlxalq səviyyədə tanınan ukraynalı siyasətçi olub. Ancaq o, Ukraynada bu şöhrətdən faydalana bilməyib.

Həqiqətən, 31 Mart seçkilərinin nəticələri ukraynalıların iqtisadi böhrandan sonra köhnə simalardan yorulduğunu göstərib. Zelenski yalnız televiziya serialında “siyasi təcrübə” qazanaraq prezidentlik yasında 30,3% səslə Poroşenkonu (15,9%) qabaqlayıb.

“Timoşenko daim mövcud siyasi quruluşa total inamsızlıqdan şikayətlənib və bunu kampaniya zamanı istismar etməyə çalışıb, – Kiyevdəki Razumkov Mərkəzinin siyasi analitiki Viktor Zamyatin deyib. – Amma məğlubiyyət iddialarına böyük zərbə və karyerasının sonudur”.

1960-cı illərdə Dnepropetrovsk kimi iri sənaye şəhərində anadan olan Timoşenko tanınmış yerli kommunist liderin oğluna ərə getdikdən sonra siyasi fəaliyyətə başlayıb. 1980-ci illərdə bu cütlük Rusiyadan yanacaq idxal etməklə məşğul olub.

Timoşenkonun Moskvaya gedişi və Rusiya dövlətinə məxsus “Qazprom”la müqavilə imzalaması ilə bu cütlük ayrılıb.

O, milyarder Viktor Pinçuka məxsus şirkətin rəhbəri idi, üst səviyyəli rəsmi Pavlo Lazarenko isə onlara kömək edirdi. İnsanlar onu “qaz şahzadəsi” adlandırıblar.

Lazarenko daha sonra pulyuma ittihamı ilə ABŞ-da məhkum və həbs edilib, bununla da Timoşenkonun siyasətə keçidini asanlaşdırıb.

1996-cı ilin sonunda iqtisadiyyat daha da pis vəziyyətdə idi, xüsusilə Timoşenkonun mandat almağa çalışdığı Mərkəzi Ukrayna seçki dairəsində. Elektrik kəsilmələri tez-tez gecə saatlarda baş verir və təqaüdçülər evlərində soyuqdan ölürdülər.

Timoşenkonun ilk siyasi məsləhətçisi Mikita Poturayev şəhərdə yaxşı geyimli bir siyasətçinin hiddətlə qaşılana biləcəyindən qorxduğunu xatırlayır: “Bölgəyə yaxınlaşdıqda, o, “Mercedes”-ini “Volqa” maşınına və lüks kürkünü sadə paltarla dəyişdi. Siyasət – bu, onun təbiətindədir. Ona evdən evə gedəcəyini söylədik. Timoşenko bunu etməyə razılaşdı”.

Nəticədə, Timoşenko səslərin 90 faizindən çoxunu qazandı və daha çox şey arzuladı. Eyni ildə, Poturayev məşhur televiziya astroloquna 600 dollar xərcləyib: astroloq Ukraynanın önümüzdəki illərdə ilk qadın prezidentə sahib olacağına və tərəqqi yoluna qədəm qoyacağına dair bəsirət açıqlayıb.

Sonra ambisiyaları Timoşenkonu “narıncı inqilab”a qovuşdurub. Bu həm də onun məhvi olub.

2004-cü ildə keçirilmiş prezident seçkilərində Kremlin dəstəklədiyi Viktor Yanukoviçin saxta qələbəsinə qarşı çıxma Timoşenkonun davakar üslubuna çevrilib. O, bir jurnalistin qəddar şəkildə öldürülməsi ilə əlaqədar Leonid Kuçmanı da hədəfə alıb.

Timoşenkonun partiyası Yanukoviçin rəqibi Viktor Yuşşenkonu dəstəkləyib, qalib gəldiyi təqdirdə, Yuşşenko Timoşenkoya baş nazir postunu vəd edib. Ancaq Yuşşenko vədini yerinə yetirdikdə, hər şey daha da pisləşib.

Minlərlə əvvəlki özəlləşdirməni yenidən nəzərdən keçirmək təhdidləri investorları sevindirməyib. Yuşşenko bir il sonra Timoşenkonu istefaya göndərib.

Yuşşenko ilə qarşıdurma Yanukoviçin geri qaytarılması üçün yolu açıb.

2007-ci ildə baş nazir postuna təyin edildikdə, “narıncı inqilab” sehrini itirmişdi. Timoşenko Sovet İttifaqı dağıldığı zaman əmanətlərini itirən insanlara kompensasiya verən hökumətlə yadda qalıb. Onlara hər 1000 qrivna (“Yulianın minlikləri”) üçün təxminən 200 ABŞ dolları ödənib.

İki il sonra Timoşenko Putinlə yeni qaz tədarükü müqaviləsi imzalayıb, nəticədə, Avropanın bir hissəsi don vurmadan qurtulub.

Timoşenko 2010-cu ildə Yanukoviçlə ikinci tura çıxıb. Prezident Donald Trampın köhnə kampaniya meneceri Pol Manafort Yanukoviçi dəstəkləyib. Qlobal maliyyə böhranı Ukraynanın iqtisadiyyatını pozduqdan sonra xanım Timoşenkonun populyarlığı boşa çıxıb.

Sonra qaz müqaviləsini imzalamaqla milli maraqları pozması Yanukoviçin rəqibini həbs etdirməsi üçün əsas olub. Timoşenko iki il həbs cəzası çəkib.

Hətta həbsxanada olarkən, Timoşenko dolayı yolla ölkədə ikinci inqilabın təşəbbüsçüsünə çevrilib. Avropa İttifaqı onun azadlığa buraxılması şərtilə assosiasiya müqaviləsini imzalayacağını bildirib. Putinin təzyiqi altında Yanukoviç Aİ ilə danışıqları dayandırıb və Timoşenkonun azadlığa buraxılmasına səbəb olan hadisələrin zəncirini yaradıb.

2014-cü ildə kampaniyaya hazırlaşdıqda, o, sərfəli siyasi güc kimi görünüb. Yanukoviçin Rusiyaya qaçışından bir gün sonra Timoşenko Kiyevin Müstəqillik Meydanında görünüb. Əlil arabasında və hörüklü saçları ilə səhnəyə çıxan xanım snayperlər tərəfindən öldürülən nümayişçilərə ehtiramını nümayiş etdirib. Amma üç ay sonra Poroşenko onu küncə sıxıb.

2019-cu ildəki kampaniyada Timoşenko korrupsiyaçı elitaya qarşı çıxıb və əməkhaqlarını hazırda 4 qat çox maaş verilən qonşu Polşanın səviyyəsinə çatdıracağını vəd edib. O, həmçinin, Aİ və NATO ilə əməkdaşlığı dərinləşdirməyə, yəni Rusiya prezidenti Vladimir Putini qıcıqlandırmağa söz verib.

Timoşenko səslərin 13,3 faiz ilə yarışı başa çatdırıb. “Poroşenko insanların seçimini pulla saxtalaşdırıb. Biz qalib gələnədək mübarizə aparacağıq”.

O, partiyanı parlament seçkilərinə apararaq, payızda yenidən baş nazir postuna qayıda bilər.

Baş prokuror Yuri Lutsenkonun – Yanukoviç dövründə Timoşenkonun yaxın müttəfiqi və Yanukoviç tərəfindən həbs olunmuş şəxsin dediyi kimi: “Yuliya – trayektoriyasını hesablaya bilməyəcəyiniz güllədir”.(Tərcümə: Strateq.az)

pia.az


Etiket: Yuliya Timaşenko


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar