Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaxın və Orta Şərq çökürmü? - Qərb ölkələri ortaq şəkildə hansı planı reallaşdırırlar?...

22-yə qədər ölkəni əhatə edən dəyişikliyin inşası gedir... Yaxın və Orta Şərqin sərhədləri necə dəyişəcək?..

Cüneyd Mengü,
“Yeniçağ” qəzeti, Türkiyə

“The New York Times” qəzetinin 20 mart 2019-cu il sayında tanınmış amerikalı siyasət eksperti Tomas L. Fridman öz yazısında Yaxın və Orta Şərq siyasəti üzərində qurulan təməl dayaqların artıq çökməyə başladığını qeyd edib. Bu yazının önəmli qisimləri haqqında danışmadan əvvəl məsələnin tarixi inkişafından bəhs etmək istəyirəm.

Osmanlı torpaqlarının bölüşdürülməsi üçün Fransa və İngiltərə arasında 1916-cı ildə imzalanan “Sykes-Picot” adlı gizli razılaşmada təsvir olunan ölkə sərhədləri 1920-ci ildə San-Remo müqaviləsi ilə ingilislərin lehinə yenidən tərtib edilmişdir. Son illərdə baş verəcək hadisələrdən anlamaq olar ki, 100-cü ili tamam olan “Sykes-Picot” razılaşması Böyük Orta Şərq Layihəsi (BOŞL) adı altında 3-cü dəfə yenidən tərtib ediləcək.

Əslində, ABŞ başda olmaqla, Qərb ölkələrinin iki əsas hədəfindən biri Yaxın və Orta Şərqin neft ehtiyatlarının 64%-nə və təbii qaz ehtiyatlarının 34%-nə sahib olmaqdır.

İkincisi isə İsrailin təhlükəsizliyinə tamamilə nəzarət etməkdir. Son zamanlarda Qərb araşdırma mərkəzlərinə görə, 3-cü əsas hədəf kimi Böyük Kürdüstan haqqında müzakirə gedir. Beləliklə, bölgədəki ölkələrə sözdə demokratiya, azadlıq və rifah gətirmək məqsədilə 1997-ci ildə planlanmış BOŞL layihəsi yarımçıq qalmış “Sykes-Picot” razılaşmasının tamamlanmasına yönəlmişdir.

2006-cı ildə ABŞ Dövlət katibi Kondoliza Rays “The Washington Post” qəzetinə verdiyi müsahibədə başda Türkiyə olmaqla, Şimali Afrikadan Bəsrə körfəzinə qədər 22 ölkə sərhədinin dəyişməli olduğunu bildirib. Həmin vaxtlarda ABŞ-ın vitse-prezidentin olan Dik Çeyni də bildirmişdi ki, “Biz Əfqanıstanı və İraqı işğal etməsəydik, Yaxın və Orta Şərqlilər İslam hərbi qüvvəsi yaradıb İsraili məhv edəcəkdi”.

İsrail Təhlükəsizlik Naziri Moşe Yalon isə 2014-cü ildə Vaşinqtonda NBR kanalına verdiyi bir müsahibədə, “Heç kimin şübhəsi olmasın, Yaxın və Orta Şərqin sərhədləri mütləq dəyişəcək”, demişdi. Yalon həm də İsrailin bölgədəki strategiyalarını dəyərləndirərkən qeyd etmişdir: “Düşmənimizi bizim əvəzimizə öz əlləri ilə öldürmək ən yaxşı variantdır”.

2000-ci illərin əvvəllindən bu günə qədər baş verən hadisələr və xüsusilə, 2010-cu ildə Tunisdə başlayan və daha sonra digər ərəb ölkələrinə də sıçrayan “Ərəb Baharı” bütün bunların işarəsidir. Livan, İraq, Suriya, Liviya, Sudan və Yəməndə cəmiyyət içərisində diskriminasiyaya məruz qalan qisimlərin bir-biriləri ilə mübarizə aparmaları da Yalonun sözlərini təsdiqləyir. 1967-ci ildə İsrail tərəfindən işğal edilən Qolan təpələrini ABŞ-ın beynəlxalq hüququ heçə sayaraq İsrail ərazisi kimi tanıması çox təhlükəli bir addım olmaqla yanaşı, eyni zamanda, BOŞL layihəsinin bir parçası olduğunu da bəlli edir.

Yazının əvvəlində sözügedən Tomas L. Fridman öz şərhində irəli sürüb ki, Yeni Orta Şərq 90-cı illərdə xəyal ediləndən çox daha fərqli şəkildə formalaşıb və formalaşacaq. Ölkələrin siyasətində artıq sosial media, işsizlik, küçə nümayişləri və qadınların hər cür fəaliyyətlərinin iştirak etməsinin təsirindən söz açır.

Fridman həm də qeyd edir ki, keçmişdə İsrail-Fələstin sülh müddətində siyasətçilər hər zaman iki dövlət həllini irəli sürdüyü halda, günümüzdə ABŞ liderliyindəki siyasilər İsrailin təhlükəsizliyinin təmin edilməsi üçün Qərbi İordaniya və Şərqi Qüds daxil olmaqla, daimi tək dövlət həllini və fələstinlilərə qismən muxtar idarəçilik verilməsi fikrində olduqlarını irəli sürürlər.

Digər bir fikir isə neft qiymətlərinin düşməsi və nüfuzun artması ilə birlikdə günümüzdə, demək olar, hər ərəb ölkəsinin məşğulluq problemlərini və xarici qaynaq xidmətlərindən istifadə qaydasını həll etməyə çalışması da irəli sürülür.

Həftələrlə Ammanda kral Abdullahın sarayının qarşısında tələbələr işsizlik, aclıq və ümidsizlik adına aksiya keçirirlər. Eyni zamanda, keçən həftə işsizlərin Qəzzada Həmasın yanlış iqtisadi idarəetməsinə və aclığa qarşı etiraz aksiyası keçirdiklərini, buna bənzər küçə etirazlarının Əl-Cəzayir və Sudanda da uzun müddətdir idarəçilikdə olan diktator rejimlərinə qarşı yüksəldiyini və bəzilərinin bununla, “Görəsən, 2-ci Ərəb Baharının başlangıcıdırmı?”, deyə maraqlandıqlarını da irəli sürür.

Fridmana görə, bilgi və kommunikasiya texnologiyalarındakı inkişaf nəticəsində məlumat axışının şaquli deyil, üfüqi bir şəkildə “Twitter”, “Facebook” və “WhatsApp” sosial şəbəkələrindən geniş şəkildə istifadə olunması nəticəsində ərəb hökumətləri ölkə vətəndaşlarına nəzarət etməkdə çətinlik çəkirlər.

Nəticədə, Fridmanın fikirləri ilə razı olub olmamaq bir tərəfə, Böyük Orta Şərq Layihəsi bir reallıqdır. Ərəb ölkələri öz xalqlarının istəklərini yerinə yetirməkdə ciddi şəkildə çətinlik çəkir. Bir əsrdən çoxdur ki, sözügedən “Sykes-Picot”un günümüzdə fərqli kriteriyalarla ortaya çıxması da ehtimal edilir.

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar