Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BƏƏ-də Buddanın 10 metrlik heykəli qoyulub

BƏƏ-nin iki ən böyük şəhərini – Dubayı və Əbu-Dabini birləşdirən magistral yollardan birində Buddanın 10 metr hündürlüyündə heykəli qoyulub

Yerli KİV-lərin xəbərinə görə, aprelin 7-də “Yol kənarında” sərgilər layihəsinin ikinci mövsümünə rəsmən start veriləcək. “Luvr Əbu-Dabi” Muzeyində qeyd ediblər ki, bu heykəlin qoyulması həmin layihənin yeni mövsümünün başlanması rəmzidir. Şeyx Zayed şosesində yol kənarında 10 eksponat, o cümlədən “Luvr-Əbu-Dabi” kolleksiyasından 3D formatlı 3 heykəl qoyulacaq. Bu eksponatlar əslində 10 metr hündürlüyündə reklam lövhələridir.

Buddanın abidəsi şəfqət və mərhəmət ilahəsi Quanyinin çinli heykəltəraş Avalokiteşvara (XI-XII əsrlər) tərəfindən yaradılmış heykəlinin reproduksiyasıdır. Bu, trasda qoyulmuş birinci eksponatdır. Layihə müəllifləri əmindirlər ki, yol kənarında qalereya sayəsində avtomobil sürücüləri incəsənət aləmi ilə tanış olmaq, ölkənin yerli radiostansiyalarında tras boyunca yerləşdiriləcək bütün eksponatlar haqqında verilişləri dinləmək imkanı əldə edəcəklər. (AzərTAc)

pia.az


Etiket: BƏƏ budda

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar