Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aprel qələbəsindən keçən 3 il - Nə qazandıq, nə itirdik?

Ermənistanı sülhə məcbur eləmək üçün yol ancaq müharibədən keçir...

Nəzakət Məmmədova: “Ən azından artıq Azərbaycan Ermənistan qarşısında gücsüz qalmalı deyil və danışıqlarda da üstün olmalıdır. Amma təəssüf ki, Minsk qrupu bunu görməzdən gəldi, Aprel döyüşlərinin əhəmiyyətinə diqqət yetirmədi və danışıqların səmərəliyinə heç bir təsir göstərmədi”.

Ədalət Verdiyev: “Ermənistanla danışacaq bir mövzu qaldığını düşünmürəm. Heç zaman verdikləri sözə sahib çıxmayan işğalçı ilə əsrlərlə danışmaq belə nəticə verə bilməz”.

Bu gün Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan aprel döyüşlərinin ildönümüdür. Qələbənin 3 ili tamam olur. 2016-cı ilin yazında erməni ordusunun ancaq Azərbaycan Ordusnun mövqelərini deyil, həm də dinc sakinləri intensiv şəkildə atəşə tutması ilə döyüş başladı. Ermənilər aprel ayının 2-dən 5-dək təmas xəttində silahlı təxribatlara əl atdılar. Təmas xəttindəki gərginlik nəticəsində onlarla ev dağıldı, yaralananlar, hətta ölənlər də oldu. Təxribatlar zamanı dinc əhaliyə də hücumlar olub.

Bu zaman Azərbaycan vətəndaşlarının müdafgiəsi məqsədi ilə hərbi rəhbərlik əks hücum əməliyyatlarına başladı. Döyüşlər zamanı Azərbaycan ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirib, həyata keçirilən sürətli əks-həmlə zamanı 2000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarət altına keçib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” adlandırılan yüksəklik də Azərbaycan ordusunun nəzarətinə keçib.

Erməni ordusu isə ciddi itki verdi - belə ki, qarşı tərəfin 320 hərbçisi, yüzlərlə tanakı, artileriya qurğusu, isstehkam məntəqələri məhv edildi. 500-dən çox hərbçisi yaralandı.

Məlumdur ki, Sərkisyan Aprel döyüşlərində məğlubiyyətdən qaçmaq və atəşkəs elan etmək üçün danışıqlar masasına geri dönməyi söz vermişdi. Lakin bilirik ki, bu söz Rusiyanın qarantiyası altında verilsə belə, tutulmadı. Bu da onu göstərdi ki, Ermənistanı sülhə məcbur eləmək üçün yol ancaq müharibədən keçir.

Aprel döyüşlərinin AzərbaycanDağlıq Qarabağ üçün siyasi hərbi nəticələri ilə bağlı nə demək mümkündür və bu döyüşlər Azərbaycana hansısı siyasi üstünlük saxladımı? Hazırda sülh naminə yeni müharibənin başlanmasına ehtimal varmı?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədovaya və ehtiyatda olan zabit, hərbi ekspert Ədalət Verdiyevə müraciət edib.

Nəzakət Məmmədova: “Mən Aprel döyüşlərini İkinci Dünya müharibəsində “Stalinqrad vuruşması” ilə müqayisə edərdim. Yəni “Stalinqrad vuruşması” ikinci dünya müharibəsində necə böyük fərq olmuşdusa, Aprel döyüşü də elə oldu”.

Aprel döyüşlərini ikinci dünya müharibəsində “Stalinqrad vuruşması” ilə müqayisə edən politoloq vurğulayıb ki, bu döyüş Azərbaycan cəmiyyəti və ordusu arasında ruh yüksəkliyini artırdı. Ermənistanda isə böyük ruh düşkünlüyü yarandı:

“Aprel döyüşlərinin Azərbaycan və Dağlıq Qarabağın siyasi hərbi nəticələri ilə bağlı böyük rolu oldu. Belə ki, bu döyüş Dağlıq Qarabağ münaqişəsinin tarixində dönüş nöqtələrindən biri oldu. Müharibə dövründə Azərbaycan ordusunun “Halqa əməliyyatı”, “Ağdərə əməliyyatı” və digər uğurlu əməliyyatları olmuşdu. Biz atəşkəs dövründə o uğurlu əməliyyatları da xatırlamalıyıq. 1994-2006-ci illərdə, yəni atəşkəs olan dövrdə Aprel döyüşləri ən böyük müharibə oldu və Azərbaycanın qələbəsi ilə bitdi.

Hər müharibənin gedişində bir dönüş nöqtəsi olur. Mən Aprel döyüşlərini İkinci Dünya müharibəsində “Stalinqrad vuruşması” ilə müqayisə edərdim. Yəni “Stalinqrad vuruşması” ikinci dünya müharibəsində necə böyük fərq olmuşdusa, Aprel döyüşü də elə oldu.

Aprel döyüşləri Azərbaycana siyasi, diplomatik, hərbi, psixoloji üstünlüklər qazandırdı. Azərbaycanın məğlub steratipini qırdı, Ermənistanın isə qalib mifini darmadağın etdi. Həmçinin bu döyüş Azərbaycan cəmiyyəti və ordusu arasında ruh yüksəkliyini artırdı. Ermənistanda isə böyük ruh düşkünlüyü yarandı. Hətta erməni cəmiyyəti o qədər ruh düşkünlüyü yaşadı ki, sonradan Sərkisyan rejiminin və Qarabağ klanının da hakimiyyətdən getməsində Aprel döyüşlərinin böyük rolu oldu. Yəni Aprel döyüşü 2 il sonra Ermənistanda hakimiyyət dəyişikliyinə aparıb çıxardı.

Nəzakət Məmmədova: “Aprel döyüşləri Azərbaycan diplomatiyasını qanuna uyğunluğa görə daha inamlı etməli idi. Amma yenə də görürük ki, bütün qalibiyyətə baxmayaq Minsk qrupunun vasitəçilik etdiyi danışıqlarında bir fərq olmadı”.

M Argentonanun bir sözü var. O deyirdi ki, əgər diplomatiyanın arxasında hərbi güc dayanmırsa, o diplomatiya effektli, səmərəli ola bilməz. Aprel döyüşləri Azərbaycan diplomatiyasını qanuna uyğunluğa görə daha inamlı etməli idi. Amma yenə də görürük ki, Aprel döyüşləri Azərbaycan diplomatiyasını qanuna uyğunluğa görə daha inamlı etməli idi. Amma yenə də görürük ki, bütün qalibiyyətə baxmayaq Minsk qrupunun vasitəçilik etdiyi danışıqlarında bir fərq olmadı.

Əslində dünya tarixində qanuna uyğunluğa görə belə savaşlardan sonra qalib və məğlub obrazları formalaşır. Ən azından artıq Azərbaycan Ermənistan qarşısında gücsüz qalmalı deyil və danışıqlarda da üstün olmalıdır. Amma təəssüf ki, Minsk qrupu bunu görməzdən gəldi, Aprel döyüşlərinin əhəmiyyətinə diqqət yetirmədi və danışıqların səmərəliyinə heç bir təsir göstərmədi.

Azərbaycanın hərbi əməliyyatlar etməyə potensialı var. Buna baxmayaraq yenə də məğlub olmuş Ermənistan heç nə olmamış kimi danışıqlar masasında öz siyasətini davam etdirir və edəcək. Yenə Aprel döyüşləri olsa, inanmıram ki, nəysə dəyişəcək. Çünki böyük dövlətlər müdaxilə edəcəklər, Azərbaycana təzyiq göstərəcəklər.

Nəzakət Məmmədova: “Böyük dövlətlərin rolu münaqişənin həllinin qarşısında bir qaya kimi dayanıb. Buna görə də nə qədər Aprel döyüşləri olsa da, yenə də eyni hadisələr təkrarlanacaq. Nəticə də olmayacaq”.

Danışıqlar prosesi mənasız, nəticəsiz olaraq davam edir. Görünən də odur ki, böyük dövlətlər nə müharibədə, nə sülhdə maraqlıdırlar. Onlar istəsəydilər Qarabağ münaqişəsin çoxdan həll edərdilər. Ya Azərbaycana imkan verərdilər ki, torpaqların azad etsin, ya da çalışardılar ki, sülhdə kömək etsinlər. Bunların heç biri olmursa, demək ki, böyük dövlətlər qarşıdurmanın olmasının tərəfindədirlər.

Onlar istəyirlər Azərbaycana da, Ermənistana da silah satıb oradan milyardlar qazansınlar. Regionda öz geosiyasi üstünlüklərini qoruyub saxlasınlar. Təəssüf ki, bu məqsədlərə görə böyük dövlətlər Azərbaycana imkan vermir ki, torpaqların işğaldan azad etsin. Böyük dövlətlərin rolu münaqişənin həllinin qarşısında bir qaya kimi dayanıb. Buna görə də nə qədər Aprel döyüşləri olsa da, yenə də eyni hadisələr təkrarlanacaq. Nəticə də olmayacaq”.

Ədalət Verdiyev: “Azərbaycan heç zaman Xocalını, Malıbəylini, Quşçunu, Qaradağlını, bu qədər şəhidin qanını tarixi torpağlarımızda at oynadan işğalçı erməni əsgərinə bağışlaya bilməz”.

İşğalçı dövlətə həm də beynəlxalq təşkilatlara bir- iki ay maksimum zaman verilməli, işğal faktının aradan qaldırılmasında irəlləyişin olmadığı təqdirdə hərbi əməliyyatlar daha geniş miqyasda bərpa edilməli, ən azı 1- 2 rayon azad edilməli, sülh müqaviləsinə razı olmasalar, əməliyyatlar məntiqi sonluğa qədər davam etdirilməli olduğumuzu düşünən hərbi ekspert Ədalət Verdiyev PİA.az-a açıqlamasında əlavə edib ki, itkimiz olacaq, şəhidimiz olacaq, lakin bizim digər çıxış yolumuz qalmayıb. Bu ləkə təmizlənməlidir:

“Təbii ki, aprel döyüşləri mənəvi psixoloji, siyasi və hərbi üstünlüyün Azərbaycan tərəfinə keçməsinə səbəb oldu. Bu yolda canından keçən zabit gizir MAXE və əsgərlərimiz qarşısında baş əyirik.

Ermənistanın zatən 94-cü ilin yanvarından sonra heç vaxt qələbə ilə nəticələnən əməliyyata imza atmayıb. Özləri də bəzən bunu etiraf edirlər.

Ermənistanla danışacaq bir mövzu qaldığını düşünmürəm. Heç zaman verdikləri sözə sahib çıxmayan işğalçı ilə əsrlərlə danışmaq nəticə verə bilməz. Sadəcə vaxt uzadırlar, əvvəl Rusiyadan indi isə Qərbdən dilənirlər və buna nail olurlar.

Ədalət Verdiyev: “Müharibə yolunu heç kim heç zaman istisna etməyib. Lakin bu daha çox Ermənistandan asılıdır. Onlar isə bunu MN Tonoyan vasitəsilə tələb edirlər. Arxayın olsunlar- istədiklərini alacaqlar”.

İşğalçı dövlətə həm də beynəlxalq təşkilatlara bir- iki ay maksimum zaman verilməli, işğal faktının aradan qaldırılmasında irəlləyişin olmadığı təqdirdə hərbi əməliyyatlar daha geniş miqyasda bərpa edilməli, ən azı 1- 2 rayon azad edilməli, sülh müqaviləsinə razı olmasalar, əməliyyatlar məntiqi sonluğa qədər davam etdirilməlidir. İtkimiz olacaq, şəhidimiz olacaq, lakin bizim digər çıxış yolumuz qalmayıb. Bu ləkə təmizlənməlidir.

Müharibə yolunu heç kim heç zaman istisna etməyib. Lakin bu daha çox Ermənistandan asılıdır. Onlar isə bunu MN Tonoyan vasitəsilə tələb edirlər. Arxayın olsunlar- istədiklərini alacaqlar. Azərbaycan heç zaman Xocalını, Malıbəylini, Quşçunu, Qaradağlını, bu qədər şəhidin qanını tarixi torpağlarımızda at oynadan işğalçı erməni əsgərinə bağışlaya bilməz. Bu müqəddəs qələbə günüdə xalqımıza yeni “aprellər” arzu edirəm”.

Nərminə UMUDLU
pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar