Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhsil Nazirliyi: "Daha çox Bakı müəllimlərinin müraciətini gözləyirik"

Orta məktəblərdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlərin müddətsiz əmək müqaviləsi əsasında işləməsi ilə bağlı müsahibələrin aprel ayının ikinci yarısında keçirilməsi nəzərdə tutulur

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib ki, vakant yerlərin və işə qəbul olunan müəllimlərin sayı Bakıda çox olduğu üçün müsabiqədə iştirak məqsədilə daha çox paytaxt müəllimləri tərəfindən müraciətlərin ediləcəyi gözlənilir:

“Təbii ki, cənub zonasında da – Cəlilabad, Lerik, şimal zonasında ucqar kənd məktəbləri üzrə müraciətlərin sayının çox olacağı gözlənilir”.

E.Bağırov əlavə edib ki, bu müsabiqədə yalnız müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər üzrə orta ixtisas və ya ali təhsilli, tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edə bilərlər. Bunun üçün namizədlər 1-5 aprel tarixlərində http://www.miq.edu.az/muqavile/ saytında qeydiyyatdan keçməlidirlər. Daha sonra Təhsil Nazirliyi tərəfindən sənədlərin emalı aparılacaq. Müsabiqədə iştirak üçün qeydiyyatdan keçən və elektron ərizələri təsdiq olunmuş namizədlər müsahibəyə dəvət ediləcəklər.

Nazirlik rəsmisinin sözlərinə görə, müsahibələrin aprel ayının ikinci yarısında – təxminən 15-22 aprel tarixlərində keçirilməsi planlaşdırılır.

Ümumilikdə müsabiqənin aprelin sonunadək yekunlaşdırılması və nəticələrin də həmin müddətədək yerli təhsil şöbələrinə göndərilməsi planlaşdırılır. Müsahibə zamanı namizədlərə ixtisaslarına, metodiki biliklərinə və ümumi dünyagörüşünə dair suallar veriləcək. Müsahibədən uğurla keçən namizədlər gələn tədris ilinin əvvəlindən daimi əsaslarla işə qəbul ediləcəklər. Buna görə də həmin müəllimlər bu il keçiriləcək yerdəyişmə müsabiqəsində iştirak edə bilməyəcəklər.

E.Bağırov diaqnostik qiymətləndirmənin nəticələrinin bu müsabiqədə rol oynamadığını söyləyib. (Trend)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar