Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatlığa keçmiş namizəd Ali Məhkəməyə müraciət edib – Səbəb

Dələduzluqda təqsirləndirilən Əli Ağaevli barəsində olan hökmdən kassasiya şikayəti verib

Ali Məhkəməyə müraciət edən təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Şikayət hakim İmran Hacıqayıbovun icaatına verilib.

Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, zərərçəkmiş qismində Qabil Mehdiyevdir. Hər iki təqsirləndirilən şəxs ona qarşı 500 min manata yaxın dələduzluq etməkdə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fuad Kərimov 5 il və Ə.Ağaevli isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hər iki şəxs məhkəmə zalında həbs olunub.

Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, təqsirləndirilən hər iki şəxsin cəzası azaldılaraq qəti olaraq hər birinin üzərində 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Bildirilib ki, Ə.Ağaevli iş üzrə dəymiş ziyanı tam olaraq ödəyib.

Xatırladaq ki, “Hüquq, İqtisadiyyat və Sosial Tədqiqatlar” İnistitutunun direktoru, Dünya Azərbaycanlıları Konqresi (DAK) Məşvərət Məclisi sədrinin birinci müavini, sülh səfiri olmuş Ə.Ağaevli 2010-cu və 2015-ci illərdə Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Şurası tərəfindən 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürüb. O, həmçinin 2013-cü ildə “Yeni İslahatçılar” Təşəbbüs Qrupu tərəfindən prezidentliyə namizədliyini irəli sürüb, lakin sonradan Mərkəzi Seçki Komissiyasında ərizəsini geri götürüb. (Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar