Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mədəniyyət naziri: "Keçmişdə yaşadığımız bu tarixə baxaraq, daha güclü, daha ayıq olmalıyıq"

“İstirahət üçün Qubanın gözət təbiəti, gözəl məkanları da var. Amma Qubada yerləşən və Azərbaycan xalqının tarixini əks etdirən Soyqırımı Memorial Kompleksi bu rayona gələn hər bir şəxsə nümayiş etdirilməlidir”

Bunu bu gün Quba şəhərindəki Soyqırımı Memorial Kompleksində azərbaycanlıların soyqırımının 101-ci ildönümünə həsr olunmuş konfransda mədəniyyət naziri Əbülfəs Qarayev bildirib.

Ə. Qarayev deyib ki, bu Kompleksə övladlarımızla da gəlməliyik:

“Övladlarımıza deməliyik ki, bunu yaddan çıxarmayın. Böyük Ermənistan ideyası səbəbindən ermənilər heç vaxt dinc durmayacaqlar. Erməni siyasətçilər bu əməlləri davam etdirəcək və Azərbaycan xalqı ayıq olmalıdır. Heydər Əliyev tərəfindən 31 martın Soyqırım Günü kimi elan edilməsi barədə qərarın böyük tarixi əhəmiyyəti var. Eyni zamanda Prezident İlham Əliyevin tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən bu Kompleksin inşa olunması da tarixi bir hadisədir. Bu, bizim yaddaşımızı gələcəyə aparır, həmişə ayıq-sayıq olmağımıza təkan verir”.

Mədəniyyət naziri qeyd edib ki, 21-ci əsrdə demokratik, inkişaf etmiş, müasir Azərbaycanın vətəndaşı olaraq yaddaşımızı heç vaxt itirməməli olduğumuzu bilməliyik:

Azərbaycan inkişaf edəcək, uğurlar qazanacaq. Prezidentin rəhbərliyi altında aparılan siyasət nəticəsində iqtisadiyyatımız, ordumuz güclüdür, beynəlxalq aləmdə sözümüz eşidilir, hörmətlə yanaşılır və qəbul edilir. Lakin keçmişdə yaşadığımız bu tarixə baxaraq, daha güclü , daha ayıq olmalıyıq. Heç vaxt Azərbaycanın bir qarış torpağının da nə vaxtsa işğal olunmasına, kiminsə əlinə keçməsinə imkan verməməliyik. İmkan verməməliyik ki, Azərbaycanın yaratdığı mədəni sərvətlərin kiçik bir hissəsi də kiminsə əlinə düşsün. Çünki o mədəni sərvətləri Azərbaycan xalqı yaradıb. Bu gün mədəni sərvətlərimizə qarşı təcavüz də dayanmadan aparılır. Biz ayıq olmalıyıq ki, torpağımızı, mədəni sərvətlərimizi müdafiə edək, öz mənliyimizi heç vaxt itirməyək. Mən bu yolda xidmət edən tarixçilərimizə, mədəniyyət xadimlərimizə, siyasətçilərimizə, ictimai qurumların nümayəndələrinə təşəkkür edirəm. Amma biz daha ayıq, fəal olmalı, xalqımızın başına gəlmiş faciələri daha geniş şəkildə dünya ictimaiyyətinə çatdıraq. Biz əminik ki, Azərbaycanın gəncliyi öz həyatını ərazi bütövlüyünü bərpa etmiş bir ölkənin vətəndaşları olaraq yaşayacaqlar. Azərbaycan torpaqları qaytarılacaq, Azərbaycan həqiqətləri dünya miqyasında tanınacaq və bu faciənin də dünya miqyasında siyasi və hüquqi qiyməti veriləcək. Allah bütün faciə qurbanlarına rəhmət etsin”. (strateq.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar