Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vyana görüşünün 3 mühüm nəticəsi: Əsirlər...

Vyana görüşü Qarabağ məsələsinin tənzimlənməsi istiqamətində aparılan danışıqlar prosesinə yeni təkan verə bilər

PİA.az xəbər verir ki, bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Vyanada Rusiyanın TASS informasiya agentliyinə müsahibəsini şərh edən “Baku Netvörk” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Ekspert bildirb ki, AzərbaycanErmənistan rəhbərlərinin Vyana görüşünün yekunundan üç mühüm nəticə hasil olur:

“Birincisi, Paşinyan professional mövqeyə malik olmadığından o danışıqlar barədə hərtərəfli məlumatlandırıldı Çünki o, yersiz bəyanatlar verməklə tez-tez səhvlərə yol verirdi. Vyanda danışıqların uzun sürməsi məhz bununla əlaqədar idi.

İkincisi, Dağlıq Qarabağ separatçılarının üçüncü tərəf kimi danışıqlara cəlb edilməsi planı iflasa uğradı. Prezident İlham Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 9 mart bəyanatını nahaq yerə xatırlatmadı və danışıqların formatının dəyişdirilməsinin mümkünsüzlüyünü bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı.

Üçüncü ən önəmli məsələ isə danışıqlar prosesinə humanitar məsələlərin əlavə olunması idi. Zənnimcə, humanitar aksiyaların danışıqlar prosesinə cəlb olunması özündə əsirlərin dıyişdirilməsini ehtiva edir. Düzdür, bu hələ açıqlanmayıb, ancaq söhbət ilk növbədə 2014-cü ildə Kəlbəcərdə öz doğma torpaqlarını ziyarət edən zaman Ermənistan tərəfindən qanunsuz olaraq girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevdən gedir. Bu isə özlüyündə sülh danışıqlarının davamlı və nəticəli olması baxımından çox vacibdir”.

Qeyd edək ki, Prezident İlham Əliyev martın 29-da ATƏT-in Minsk Qrupu çərçivəsində Vyanada Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü barədə Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində danışıqlara yeni təkan verildiyini və prosesin humanitar aksiyalarla dəstəklənməli olduğunu diqqətə çatdırıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar