Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"YouTube" dünya mobil trafikinin 37 faizini generasiya edir

Kanadanın "Sandvine" şirkəti tədqiqat apararaq dünyada mobil trafikin əksər hissəsinin "YouTube" videohostinqi tərəfindən istifadə olunmasını müəyyənləşdirib

"YouTube" digər servislər arasında böyük fərqlə liderdir: platforma dünya mobil trafikinin 37 faizini generasiya edir. Bununla yanaşı, "Facebook" və "Snapchap" əlavələrində bu göstərici müvafiq olaraq 8,4 və 8,3 faiz təşkil edir. İnternet trafikində ən böyük paya malik "Netflix" isə ümumilikdə mobil trafikin 2,4 faizini generasiya edir.

Bildirilir ki, istifadəçi sayında böyük fərqə baxmayaraq "Snapchat" və "Facebook"un mobil trafik üzrə generasiya göstəricisi eynidir. Bu, "Snapchap" servisinin diqqəti daha çox videokontentə yönəltməsi ilə izah edilir.

"Netflix"in bütün qeyd olunan əlavələrdən geri qalması servisin yalnız ödənişli kontenti generasiya etməsi ilə əlaqələndirilir. Bundan başqa, şirkətin təqdim etdiyi məlumatlara görə, istifadəçilər mobil qurğularda qısa videoçarxlara baxmağa üstünlük verirlər. Onların fikrincə, serial və filmlərə fərdi kompüter və televiziya ekranlarında baxmaq daha rahatdır.(azərtac)

pia.az


Etiket: "YouTube"

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar