Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-da “iPhone”ların satışı qadağan oluna bilər

"Qualcomm" və "Apple" şirkətləri arasında patent mübahisələri ABŞ-da "iPhone" smartfonlarının satışlarının qismən və ya tam qadağan olmasına gətirib çıxara bilər

Müvafiq tövsiyəni ABŞ-ın Beynəlxalq Ticarət üzrə Komissiyanın inzibati işlər üzrə hakimi Meri Coan Maknamara irəli sürüb. Hakim "Apple" tərəfindən "Qualcomm"a məxsus smartfonların hazırlanma texnologiyası patentinin pozulması işinə baxaraq qərarı "Qualcomm" şirkətinin xeyrinə verib. Hakimin çıxardığı hökm ilkin hesab olunur və məcburi icrasını tələb etmir.

Yaxın gələcəkdə məsələ Komissiyanın növbəti iclasında yenidən baxılacaq və yekun qərar qəbul olunacaq. İclasın keçirilmə tarixi məlum deyil. Əgər "Apple" bu prosesi uduzsa, o zaman şirkət "iPhone"ların bəzi modellərinin satışını dayandırmalı olacaq. Modellərin siyahısı dəqiqləşdirilir.

Qeyd edək ki, hakimin qərarının mətbuatda yayılmasından sonra "Apple" şirkətinin aksiyaları 0,73% bahalaşıb, "Qualcomm"un isə qiymətli kağızları 0,69% ucuzlaşıb.(ONA)

pia.az


Etiket: iPhone

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar