Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nə əsl xristian, nə əsl müsəlman əsla terror etməz” - Politoloq Nəzakət Məmmədova yazır

“Bu baş verənlər əslində imperialist güclərin öz məkrli niyyətlərini həyata keçirməsinin təzahürüdür”

Sivilizasiyalararası savaşın olacağı barədə Qərbdə nəzəriyyələr meydana gələndə, xüsusilə Hantinqtonun məşhur Sivilizasiyaların toqquşması ideyası yarananda bir çoxları onu qəbul etmirdilər. Lakin biz bunun artıq nəinki nəzəri, hətta əyani şahidi oluruq.

Dünyada yeni düzənin formalaşması prosesi gedir və sivilizasiyalarası toqquşma, dini zəmində qarşıdurma, dinlərin adından istifadə etməklə terror törədilməsi baş verir. Bu baş verənlər əslində imperialist güclərin öz məkrli niyyətlərini həyata keçirməsinin təzahürüdür. Nə əsl xristiyan, nə əsl müsəlman əsla terror etməz, çünki səmavi kitablar bunu qadağan edir. Bütün dinlərdə bir qadağa var: Öldürmə! Bir insanı öldürən bütün bəşəriyyəti öldürmüş kimidir! Allahın verdiyi canı ancaq Allah ala bilər!

İslam terroru və ya xristiyan terroru yoxdur. Dinlərin adından istifadə edərək öz çirkin məqsədlərini həyata keçirməyə çalışan məkrli qüvvələr var. Lakin eyni zamanda onlar dinin adından istifadə etməklə müqəddəs dinləri gözdən salmağa çalışır, inanclı insanları yolundan döndərməyə cəhd edir, bəşəriyyəti etiqaddan uzaq, robita çevrilmiş bir kütləyə çevirib o cür daha asan idarə etməyə çalışırlar.

Konspiroloji nəzəriyyələrə varmaq istəmirəm, lakin dünyanın vahid mərkəzdən idarə edilməsi, mondializm ideyasının həm də bəşəriyyəti müxtəlif dini etiqadlardan uzaqlaşdırma və dinsizləşdirməni ehtiva etdiyi barədə çoxlu fikirlər səsləndirilir.

Nəzakət Məmmədova: “Güc dəngəsini yenidən qurmaq, dövlətlərin sərhədlərini yenidən cızmaq, xarici güclərin regiona nüfuzetməsinə bəraət qazandırmaq üçün idarəolunan xaos yaradılmalıdır ki, islam terroru bunun üçün əsas vasitə olaraq seçilib”.

Terrorçunun milliyyəti, dini yoxdur. O, əgər din adından istifadə edib terror törədirsə, dininə xidmət etmir, əksinə, ən böyük pisliyi həmin dini etiqada etmiş olur, onu gözdən salır, inamı zəiflədir. Bu, islam adına, xristiyan adına, yaxud hansısa dini təriqətlər adına terror törədilməsinə aiddir. Yeni Zelandiyada məscidə hücum edən terrorçu xristiyanlığa xidmət göstərməyib, əksinə.

Təbii ki, bu terror hücumları baş verəcək. Bu, təəssüf ki, yeni dünya düzəni quran böyük güclərin seçdiyi bir vasitədir. Dünya liderləri əlbəttə ki, bunu terror adlandırmalı idilər. Onların islam adından törədilən terroru bu dinin ayağına yazıb, xristiyan etiqadından olan terrorçunu adi bir cinayətkar kimi qələmə verməsi ədalətsizlik, ikili standartların bariz nümunəsi, ikiüzlülükdür.

Təşkilatlanmış xristiyan terror təşkilatının olub-olmamasına gəlincə, təbii ki, o, mövcud olsa belə məxfi saxlanılır. İslamın adından terror edilməsinin səbəblərindən biri odur ki, yeni dünya nizamının formalaşması prosesi Yaxın Şərqdə gedir, güc dəngəsini yenidən qurmaq, dövlətlərin sərhədlərini yenidən cızmaq, xarici güclərin regiona nüfuzetməsinə bəraət qazandırmaq üçün idarəolunan xaos yaradılmalıdır ki, islam terroru bunun üçün əsas vasitə olaraq seçilib. Lakin nə xristianlığın, nə islamın terrora aidiyyəti yoxdur, bu, qeyd etdiyimiz kimi məkrli qüvvələrin planıdır. Afrikada aclıqdan əziyyət çəkən milyonlarla xristian var, niyə terror təşkilatlarına milyonlarla dollar xərcləyən həmin beynəlxalq şəbəkələr həmin xristiyan qardaşlarına xərcləmir?! Deməli, məsələ təkcə dinlə bitmir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar