Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

LUKOIL "Şahdəniz- 2" layihəsi üçün kreditdən niyə imtina etdi?

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində "LUKOIL Overseas Shah Deniz Ltd" üçün kredit verilməsi prosesinin dayandırılmasının səbəbini açıqlayıb

AYİB-dən bildiriblər ki, müqavilə hazırlanan vaxt karbohidrogenlərin qiymətləri bu günə nisbətən aşağı idi: "Daha sonra qiymətlər artdı və nəticədə LUKOIL şirkəti layihəni daxili vəsaiti hesabına maliyyələşdirə biləcəyi və xarici borclara ehtiyac olmadığı qənaətinə gəldi. Nəticədə AYİB-in kredit verilməsi layihəsi ləğv edildi".

Qeyd edək ki, 2017-ci ildə AYİB-in İdarə Heyəti Azərbaycanın iri qaz-kondensat yatağı olan "Şahdəniz"in işlənməsinin ikinci mərhələsində "LUKOIL Overseas Shah Deniz Ltd"nin payının maliyyələşməsinin genişləndirilməsi məqsədilə 100 milyon dollara qədər kreditin ayrılmasını təqdir edib.

Kredit vəsaitləri iki qaz dəniz platformasının tikintisi, 26 sualtı quyunun qazılması, 500 kilometr uzunluğunda sualtı boru çəkilişinə və Səngəçal terminalının genişləndirilməsinə yönəldilməli idi.

Trend xatırladır ki, Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı ilə 1992-ci ildən əməkdaşlıq edir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar