Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan hədələyir, lirə ucuzlaşır – “Seçkidən sonra bunun hesabını sizə ağır kəsəcəyik…”

Türkiyədə 31 martda keçiriləcək bələdiyyə seçkisi yaxınlaşdıqca, siyasi liderlər daha kəskin bəyanatlarla çıxış edirlər

Belə çıxışlardan birini də prezident Rəcəb Tayyib Ərdoğan Yenikapıdakı son mitinqdə edib. Onun səsləndirdiyi bəzi fikirlər siyasi dairələrdə birmənalı qarşılanmayıb.

Belə ki, türk lirəsinin ABŞ dolları qarşısında ucuzlaşmasını seçki və siyasi oyunlarla əlaqələndirən Ərdoğanın söylədiklərinə müxalifətdən təpkilər gəlib.

Xatırladaq ki, son günlərdə Türkiyədə dollar 7 faiz bahalaşaraq 5.84 Türk Lirəsi səviyyəsinə qədər yüksəlib. Bunu maliyyə bazarındakı “oyunçuların” bilərəkdən törətdikləri təxribat olduğunu deyən Ərdoğan onların kimliyini bildiklərini söyləyib: “Bu günlərdə bəziləri kursu qaldırmağa başladı. Ey maliyyə sektorunun içində olanlar, bazardan valyutanı yığıb, “kurs yüksələcək, belə olacaq” bu cür provokativ hərəkətlər ilə məşğul olursunuzsa, bunun əvəzini çox ağır ödəyəcəksiniz. Seçkinin ərəfəsində bu cür hərəkətlər edənlərə səslənirəm: Hamınızın şəxsiyyətini bilirik. Hamınızın nələr etdiyini bilirik… Amma bunu bilin ki, seçkidən sonra bunun hesabını sizə ağır kəsəcəyik…”

Ancaq nədənsə, hər zaman açıq danışmağa üstünlük verən Ərdoğan bu provakasiyaları törədənlərin kimliyini söyləməyib.

Maraqlıdır ki, müstəqil iqtisadçılar son günlər lirənin ucuzlaşmasını spekulyasiyalar və siyasi səbəblərdən daha çox iqtisadi səbəblərlə izah edirlər. Doğrudur, Türkiyədə son zamanlar keçirilən bütün seçkilər siyasi hadisə olmaqla yanaşı, həm də iqtisadi hadisəyə çevrilirlər ki, bu da qardaş ölkə üçün daha çox neqativ hal hesab oluna bilər. Çünki ölkənin maliyyə-iqtisadi əsasları nə qədər güclü və dayanıqlı olarsa, siyasi proseslərin iqtisadiyyata təsiri imkanları da bir o qədər zəif olar.

Türkiyədə isə iqtisadçılar hesab edirlər ki, seçki öncəsi lirənin ucuzlaşması daha çox ölkənin Mərkəzi Bankının valyuta ehtiyatlarındakı azalma ilə əlaqədardır. Buna təsir edən siyasi hadisə isə gözlənilən seçkidən daha çox ABŞ-ın Colan təpələrilə bağlı bəyanatlarıdır. Belə ki, buna cavab olaraq, R.T.Ərdoğanın səsləndirdiyi fikirlər ABŞ-la Türkiyə arasında növbəti gərginliyə və qardaş ölkəyə qarşı yeni iqtisadi təzyiqlərə yol aça bilər.

Xatırladaq ki, lirə ötən həftənin cümə gününə 5.46 məzənnəsi ilə start verdiyi halda, qısa müddətdə 5.84 səviyyəsinə çatıb. Bu gün isə vəziyyət bir qədər düzəlib və məzənnə 5.67-də dayanıb.(azpolitika.info)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar