Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniya yeni islam yaratmaq istəyir

Ehtiyacımız olan tək şey alman müsəlmanları üçün Almaniyaya aid bir islamdır

PİA.AZ axar.az-a istinadən xəbər verir ki, bunu "Faynənşl Tayms"a müsahibəsində Almaniya Daxili İşlər Nazirliyinin nümayəndəsi Markus Kerber deyib.

O, alman islamının yaradılmasının önəmindən danışıb:

"Burada əsas məqsəd Almaniyadakı müsəlman cəmiyyəti üzərindəki xarici təsirləri həm maddi, həm də şəxsi ölçüdə azaltmaq və ölkəmizdəki imamların Almaniyada yetişməsini, müsəlman toplumun alman cəmiyyətinə daha yaxşı inteqrasiya olunmasını təmin etməkdir".

Kerber Türkiyə hökumətinin Almaniyadakı müsəlmanlar üzərindəki təsirinin zəiflədiyini bildirib:

"Türkiyə hökuməti Almaniyada DİTİB tərəfindən idarə olunan məscidlərə nəzarət etdiyi günlərin geridə qaldığını artıq qəbul etməlidir".

Qeyd edək ki, Almaniyadakı 2400 məsciddən 900-nün Türkiyənin Dəyanət İşləri Nazirliyinin bir qolu olan DİTİB tərəfindən idarə olunması Almaniya hökumətini narahat edir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar