Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlik: "10448 tənha ahıl və əlilliyi olan şəxs evlərində sosial xidmətlə təmin olunur"

Əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan, özünəqulluq qabiliyyəti olmayan və sosial xidmətə ehtiyac duyan tənha ahıllar və əlilliyi olan şəxslər (yoluxucu və ya ağır formalı ruhi xəstəlikləri olmadıqları halda) qanunvericiliyə uyğun olaraq, evlərində sosial xidmətlə təmin edilirlər

Nazirlikdən verilən məlumata görə, hazırda nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin sosial xidmətçiləri 10448 tənha ahıl və əlilliyi olan şəxsə evlərində sosial xidmət göstərirlər.

Onlar həftədə azı iki dəfə olmaqla tənha ahıl və əlil şəxslərin evlərinə gəlir, ev təsərrüfatında təmizlik işləri aparılması, zəruri ərzaq, sənaye və məişət mallarının alınması, yemək hazırlanması və s. işlərdə kömək edirlər.

Evlərində sosial xidmətlə təmin olunanlardan 85 faizə qədəri ahıllar (yaşı 70-dən yuxarı olanlar), qalanları əlilliyi olan şəxslərdir.

Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi “DOST xonçası” kampaniyası çərçivəsində həmin tənha ahıllar ziyarət olunur, onlara “DOST xonçası” olaraq bayram sovqatı təqdim edilir, bayram təbrikləri çatdırılır. Müxtəlif dövlət təşkilatları, özəl qurumlar, ayrı-ayrı fiziki şəxslər, tanınmış simalar “DOST xonçası” kampaniyasına qoşulurlar. Bununla bir tərəfdən cəmiyyətdə ahıllara diqqət və qayğı təşviq edilir, eyni zamanda, tənha ahıl insanlara Azərbaycan cəmiyyətinin hər zaman onların yanında olduğu əyani nümayiş olunur.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar