Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tarixin gizli qatları - Ölümsüzlük dərmanı içən Elxanlı hökmdarı

Elxanilər dövləti və ya Hülakülər dövləti – 1256-cı ildə Çingiz xanın nəvəsi Hülakü xan (1256-1265) tərəfindən yaradılmış dövlətdir

PİA.az “Ölkə.Az”-a istinadən xəbər verir ki, bu dövlətin Azərbaycan tarixində özünəməxsus yeri var.
1231-ci ildə monqollar Çormoqun noyonunun başçılığı ilə Azərbaycana yürüş təşkil etdilər. Onun ordusu Cəlaləddin Məngburnini məğlub edərək torpaqlarını ələ keçirdi.

Azərbaycanİran 1256-cı ilədək Böyük Monqol imperatorluğunun canişini tərəfindən idarə edildi.
1231-ci ildə monqollar Çormoqun noyonunun başçılığı ilə Azərbaycana yürüş təşkil etdilər. Onun ordusu Cəlaləddin Məngburnini məğlub edərək torpaqlarını ələ keçirdi. Azərbaycanİran 1256-cı ilədək Böyük Monqol imperatorluğunun canişini tərəfindən idarə edildi.

Elxanlı hökmdarları arasında Arqun xan ölümsüz olmağa can atırdı. Bu barədə “Ölkə.Az”a maraqlı faktları tarixçi-alim Əkbər Nəcəf verib.

Elxanlı hökmdarı Arqun xan kimyaya çox həvəskar idi. Bu məqsədlə Çindən və Hinddən çox sayda kimyagəri, daha doğrusu simyaçını gətirib ətrafında toplamış və onlara geniş səlahiyyətlər vermişdi. Dövrün Təbrizi simyaçı baxşı və lamalardan həzər vururdu. Elxanın kimyaya marağı uzun yaşamaq sirrinin simyaçılar tərəfindən kəşfinə olan inancı idi.

Elə bu kimya sevgisi xanın gənc yaşda ölməsinə səbəb oldu. Simyasılar ona ömrü uzadan bir dərman verdilər. Dərman civə və sulfitin qarışdırılması ilə əldə edilmiş bir məlhəmdir. Xan 40 gün heç kimə görünmədən bu məlhəmdən içməli idi. Bu məqasədlə xan anidən ortadan qeyb olmuşdur. 40 gün boyunca ölkə bir-birinə dəyərkən Arqun Kuçanda ölümsüzlük seanslarına davam edirdi.
Məlhəmi qurtarıb ortaya çıxan Arqun qışı keçirmək üçün Arana gəldi. Lakin burada xan ağır xəstələndi. Tam 5 ay davam edən xəstəliyi sonunda gənc, yaraşıqlı, güclü xan bir bələyə sıxacaq qədər yumağa dönmüşdü. Dərisi qurumuş, sümükləri ərimiş, üstəlik ayaqları çürümüşdü. Danışıq qabiliyyətini tamamilə itirən Arqun elə qorxunc vəziyyətə düşmüşdü ki, yaxın adamları hətta onu boğmaq niyyətinə düşmüşdülər. Maraqlıdır ki, lama və baxşılar günahı özlərində deyil, xan haqqında cadu etdiklərini iddia etdikləri arvadı Tuğcaq Xatuna yüklədilər. Qadın işkəncə ilə bütün qadınların gözü qabağında öldüldü.

Elxanlıların dördüncü hökmdarı Arqun xan 1291-ci ilin martında Bağçayi-Arranda vəfat etdi.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar