Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Ola bilsin, Allah Trampı İsraili xilas etmək üçün göndərib"

"ABŞ dövlət katibi Mayk Pompeo güman edir ki, prezident Donald Tramp, ola bilsin, Allah tərəfindən İsraili xilas etmək üçün göndərilib"

Virtualaz.org xəbər verir ki, bunu dünən “The Jerusalem Post” nəşri yazıb.

Xristian teleradio şirkətinə müsahibəsi zamanı dövlət katibindən soruşublar: o inanırmı ki, prezident Trampı məhz indi ona görə yüksəldiblər ki, bir vaxtlar kraliça Ester kimi, yəhudi xalqını İran təhlükəsindən xilas etməyə yardımçı olsun. Bu zaman Purim bayramı ilə bağlı əhvalat və İranla İsrail arasındakı hazırkı vəziyyətə istinad olunub. Cavab olaraq, Pompeo deyib: “Bir xristian olaraq mən, əlbəttə, inanıram ki, bu mümkündür”.

Onun sözlərinə görə, ABŞ administrasiyasının gördüyü iş əmin olmağa imkan verir ki, Yaxın Şərqdə bu demokratiya, bu yəhudi dövləti qalmaqdadır və “əmindir ki, burada Allahın əli var”.

Dövlət katibi onu da bildirib ki, Tramp administrasiyasının İsrail və fələstinlilər üçün sülh planı hər hansı dinin “əsas prinsipləri”ni qurban vermir.

“Mən indiki halında planın təfərrüatlarını görmüşəm”, - Pompeo deyib. “Planda Qüdsün bölünməsi nəzərdə tutulurmu?” sualını cavablandırarkən dövlət katibi qeyd edib ki, bu məsələdə heç bir dinin əsas prinsiplərinə toxunulmur.

Xatırladaq ki, amerikalı diplomat İsrailin baş naziri Binyamin Netanyahu ilə birlikdə Qüdsdə Qərb divarını ziyarət edib. Nəşr vurğulayır ki, bu, Vaşinqtondan gəlmiş nüfuzlu diplomatın israil hökumətinin başçısı ilə birlikdə Qərb divarına ilk səfəridir.

pia.az


Etiket: Tramp ABŞ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar