Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Parisin küçə və meydanlarında aksiya keçirmək qadağan edilib

Parisin Baş Polis İdarəsi keçən həftə baş vermiş zorakılıq aktlarını nəzərə alaraq, şəhərin Yelisey çölləri, Konkord meydanı, Milli Assambleya və Parisin daha bir neçə ərazisində etiraz aksiyası keçirməyi qadağan edən qərar verib

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, Paris Baş Polis İdarəsinin rəisi Didier Lallement martın 22-də şənbə günləri səhər saat 6-dan etibarən Parisin böyük bir hissəsində "Sarı jiletlilər"in etiraz aksiyasının keçirilməsini qadağan edən rəsmi qərar imzalayıb.

Qərarın qəbul edilməsinə səbəb ictimai asayişin pozulmasının qarşısını almaqdır. Qərara əsasən, Parisin həmin hissələrinə müxtəlif silah növləri ilə yanaşı bir sıra əşyaların, habelə üzün bir hissəsini örtərək tanına bilməmək üçün istifadə olunan geyimlərin keçirilməsi qadağan olunub. Bildirilir ki, qərara riayət etməyən şəxslər cərimələnəcək və şəxsiyyətlərini təsdiq edə bilmədikləri halda isə hüquqi yoxlama mərkəzlərinə aparılacaqlar.

Xatırladaq ki, etirazçıların ötən şənbə keçirdikləri 18-ci aksiya zamanı 27 ticarət obyekti talan edilib, 71-i dağıdılıb, 9 köşk yandırılıb və 4 binanın girişi bərbad hala salınıb. Nəticədə 296 nümayişçi dindirilib ki, onlardan da 254-ü nəzarətə götürülüb.

pia.az


Etiket: Paris

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar