Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yerdə həyat üçün təhlükə mənbəyi nədir?

23 mart Ümümdünya Meteorologiya Günüdür

Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) tərəfindən hər il martın 23-ü Ümumdünya Meteorologiya Günü kimi qeyd olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ÜMT-nin İcraiyyə Şurasının 70-ci sessiyasında razılaşdırıldığı kimi, builki Meteorologiya Günü "Günəş, yer və hava" mövzusu adı altında keçirilir.

Günəşin verdiyi enerji Yerdə bütün həyatın mənbəyi rolunu oynayır. O, havanın, okean axınlarının və hidroloji dövranların hərəkətverici qüvvəsi sayılır.

Günəş bizim əhvalımızı yaradır və bizim gündəlik fəaliyyətimizə təsir edir. O, insanlar üçün ruhlandırma mənbəyi rolunu oynayır.

Yerdən təqribən 150 milyon km məsafədə yerləşən, canlı varlıqların əlverişli inkişafı üçün bizim planetimizdə isti şəraiti saxlayan bu ulduz günəş siteminin ürəyi hesab edilir.

Artıq 4,5 milyard ildən çoxdur ki, ərimiş plazmadan ibarət olan bu odlu kürə Yerdə havanın, iqlimin və həyatın hərəkətverici qüvvəsi rolunu oynayır. Son 30 ildə həyata keçirilən peyk ölçmələrinin məlumatları ayrılan günəş enerjisinin həcminin artmadığını göstərir. Yəni son zamanlar yerdə müşahidə edilən istiləşmə Günəşin aktivliyinin dəyişilməsi ilə izah edilə bilməz.

Okeanlarda suyun istiləşməsi və buzlaqların əriməsinə səbəb olan temperaturun qalxması atmosferdə uzunömürlü istixana qazlarının olması ilə əsaslandırılır. Karbon qazının konsentrasiyasının artması və çoxömürlü istixana qazlarının təsiri nəticəsində iqlimin istiləşmə effektini yaradan summar radiasiya təsirləri 1990-cı ildən 41% artıb. Əgər istixana qazlarının konsentrasiyasının hazırkı tendensiyası saxlanılarsa, yüzilliyin sonunadək biz temperatur diapozonunun 3 dərəcə C-dən 5 dərəcə C-dək artacağı ilə üzləşə bilərik.

Bu, BMT-nin İqlim dəyişmələri üzrə çərçivə Konvensiyasının Paris sazişində əksini tapmış qlobal orta temperaturun artmasının 2 dərəcə C-dək və mümkünsə, 1,5 dərəcə C-yə yaxın saxlanılması ilə bağlı məqsədli göstəricilərdən xeyli yuxarıdır.

Günəş buludlu hava şəraitində də istifadə edilməsi mümkün olan alternativ enerji mənbəyini verməyə qadirdir. Günəş enerjisi həqiqətən də bütün dünyada istifadə olunur və elektroenerjinin generasiyası və ya suyun qızdırılması və şirinləşdirilməsi üçün daha populyar mənbəyə çevrilir.

Dünyada ən günəşli yer Ölü dənizin ərazisi hesab edilir ki, burada il ərzində 330 günəşli gün qeydə alınır. Şımal Torpaq arxipelaqında isə günəş il ərzində orta hesabla cəmi 12 gün görünə bilər. Azərbaycanda coğrafi mövgeyi və iqliminə görə günəş enerjisindən daha geniş istifadəsi üçün əlverişli şərait var.

Davamlı cəmiyyətin formalaşmasında Günəşin hansı tərzdə hava və iqlim hadisələrinə təsirinin anlaşılması ÜMT-nın əsas missiyası üçün çox önəmlidir.

pia.az


Etiket: Yer

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Ən çox oxunanalar