Yeni Zelandiyanın Kraystçörç şəhərində terror aktına məruz qalan Ən-nur və Linvud məscidləri yerli icmaya təhvil verilib
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, məscidlər təmir edilib, onların ətrafındakı polis kordonunun sayı azaldılıb, ətrafdakı yollar isə hərəkət üçün açılıb. Qeyd olunub ki, Yeni Zelandiyadakı bütün məscidlərin silahlı mühafizəsi davam etdiriləcək.
Xatırladaq ki, Kraystçörç şəhərinin iki məscidində törədilən terror aktı nəticəsində 50 nəfər həlak olmuş, daha 50 nəfər müxtəlif xəsarətlər almışdı.
pia.az